Rusiya MN növbəti dəfə Azərbaycanın "atəşkəsi pozması" haqda erməni yalanını təsdiqlədi...

8-08-2022, 10:16           
Rusiya MN növbəti dəfə Azərbaycanın "atəşkəsi pozması" haqda erməni yalanını təsdiqlədi...
Müvəqqəti(!) olaraq Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bir hissəsində yerləşdirilmiş “sülhməramlı” adlanan Rusiya hərbi kontingenti növbəti dəfə Ermənistanın yalanını “təsdiqləyib”. Teref.az moderator.az-a istinadla xəbər verir ki, bəhs edilən hərbi kontingentin Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı informasiya bölməsində dünən- avqustun 7-ə aid xəbər bülletenində guya Ermənistanın “Geqarkunik vilayətinin Sotk məntəqəsi yaxınlığında(Kəlbəcər rayonu ilə sərhəddə) Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması və nəticədə bir erməni hərbçinin yaralanması” “faktı” qeydə alınıb:

“За прошедшие сутки в зоне ответственности российского миротворческого контингента зафиксировано одно нарушение режима прекращения огня в районе СОТК Гегаркуникской области со стороны Вооруженных сил Азербайджана, в результате которого ранен один военнослужащий Вооруженных Сил Армении. Командованием российских миротворцев, во взаимодействии с азербайджанской и армянской сторонами, данный инцидент урегулирован, нарушений линии соприкосновения сторон не допущено”.

Qeyd edək ki, avqustun 7-də Ermənistan MN bu haqda məlumat yaysa da, Azərbaycan MN verdiyi məlumatda bunun yalan olduğunu söyləyib.

Bu, artıq son 1 il 9 ay ərzində Rusiya MN-in erməni yalanlarını təsdiqləməsinə aid “en”inci faktdır...

Halbuki, bu mövzuda ötən yazımızda da qeyd etdiyimiz kimi yalnız iyulun 25-dən avqustun 4-dək 10 günlük müddətdə Rusiya MN Ermənistan tərəfindən həm dövlət sərhədimizdə, həm də Qarabağ və Şərqi Zəngəzurdakı təmas xəttində atəşkəs rejiminin dəfələrlə pozulmasını, o cümlədən bir əsgərimizin qətlə yetirilməsini qeydə almayıb(bax: //moderator.az/az/ekskluziv/539520/rusiya-mn-son-10-gunde-ermeni-birlesmelerinin-hec-bir-ateskes-pozuntusunu-qeyde-almayib/).

P.S. Sərf etməyən hallarda Rusiya “sülhməramlı”ları Ermənistan-Azərbaycan sərhədinə nəzarət etmədiklərini bildirirlər...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru