Nazirlik müəllimliyə namizədlərə şok yaşatdı - Vakansiyalar cədvəli boşdur

25-08-2022, 12:07           
Nazirlik müəllimliyə namizədlərə şok yaşatdı -
Elm və Təhsil Nazirliyi avqustun 24-də 2022-2023-cü tədris ili üçün orta məktəblərə müddətsiz müqavilə ilə əlavə vakansiya seçimi elan edib.
Bildirilib ki, namizədlər 24 avqust saat 11:00-dan 26 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Lakin dünən sistemə daxil olan müəllimliyə nazmizədlər miq.edu.az saytında onları şoka salan mənzərə ilə üzləşiblər. Məlum olub ki, əksər ixtisaslar üzrə vakansiya siyahısı boşdur.
Redaktor.az-ın məlumatına görə, namizədlər vəziyyətlə əlaqədar narazılıqlarını sosial şəbəkələrdə ifadə edərək, Elm və Təhsil Nazirliyini dəqiq məlumat verməməkdə, onları ələ salmaqda ittiham ediblər.
Namizədlər bildiriblər ki, sistemdə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, ibtidai sinif müəllimliyi, tarix müəllimliyi, coğrafiya müəllimliyi, alman dili müəllimliyi və bəzi digər ixtisaslar üçün vakansiya yerləşdirilmədiyindən heç kim seçim edə bilməyib.
Nazirliyin “qaynar xətt”indən isə narazılara deyilib ki, əvvəlcədən ümumi elan verilsə də, bəzi ixtisaslar üzrə vakant yerlər yoxdur (modern.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.