BDU-da böyük təmizləmə - Vasif Talıbovun oğlu və bir çox məmurlar işdən çıxarıldı FOTOFAKT

26-08-2022, 08:05           
BDU-da böyük təmizləmə -
Vasif “xan”a ikinci zərbə: Oğlu Rza “xanzadə” zati-aliləri işdən çıxarıldı
Dərd gələndə batmanla gələr. Zavallı “xan” həzrətləri, hakimiyyətin səni hansısa bir jurnalistə məhkəmədə uduzdurması azmış kimi, indi də oğlun Rza “xanzadə” Talıbovun savadına şübhə edib işlədiyi universitetdən uzaqlaşdırıblar. Heç bu boyda da dərd olar? Bu xəbərin şokundan az qalır, əlimə dəsmal alam, ağlayam.
Bir də bəzi ağzıgöyçək jurnalistlərin sözünə qulaq asıb Naxçıvanın muxtar hüquqlarını məhdudlaşdırsalar, yəni sənin “xanlığını” da əlindən alsalar... Quş, quş, quş, qulaqlara qurğuşun! Batmanla gələn bu dərdi çəkmək olar?
Uzun preambuladan sonra keçək xəbərin özünə. Cənab Vasif “xan”ın oğlu Rza Talıbov Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin 1/319 saylə əmri ilə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakultəsindəki yarımştatlıq vəzifəsindən uzaqlaşdırılıb. Yəni “Xanzadə” həzrətlərinə hətta yarımstatlıq "iş" belə çox görülüb.
Təbii ki, o tək olmayıb. Keçmiş rektor Abel Məhərrəmovun kimlərinsə gözünə girmək üçün işə qəbul edib, professor adı verdiyi onlarla “alim” Rza Talıbov kimi universitetdən kənarlaşdırılıb. Onların arasında Baş nazirin müavini Əli Əhmədov, ombudsman Səbinə Əliyeva, sabiq təhsil naziri Misir Mərdanov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və digər adı alim, özü məlum olanlar da var.
Heydər Oğuz
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.