Təhsil ekspertinə qarşı şərt ittiham: - ”Yüz manata kodlaşdırma edirsiniz”

26-08-2022, 10:49           
Təhsil ekspertinə qarşı şərt ittiham: -
“Təhsili də hazırlıq kursları verir, kadrı da. Daha məktəb nəyə lazımdır?”. Bunu Kamal kursları Tədris Mərkəzinin rəhbəri, təhsil eksperti Kamran Əsədov deyib. Daha doğrusu, ölkəmizdə təhsil sisteminə, bu sistemdə aparılan kadr islahatlarına eyhamıydı. K. Əsədovun daş atmadığı bostan qalmayıb. Kimlər onun hədəfində olmayıb ki – DİM rəhbərindən tutmuş, məktəb direktorlarınadək. Hətta bu yaxınlarda “boşanmış, övladı vəfat etmiş şəxslər bağçaya işə götürülməməlidir” və “bağça rəhbərləri, orada çalışan təlim-tərbiyəçilərin mütləq şəkildə xarici görünüşü də yoxlanılmalı, xarici görünüşləri vahiməli olmamalıdır” fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. K.Əsədov müzakirələrə qatllan bir izləyici xanımı belə söymüşdür…

Zaman-zaman onunla bağlı həm sosial şəbəkələrdə, həm də yerli internet resurslarında mənfi fikirlərə rast gəlmək olur. Bu dəfə rəhbərlik etdiyi Kamal kurslarında acınacaqlı vəziyyətlə bağlı Səbinə Babazadə adlı bir izləyici fikirlərini ictimailəşdirib.

S.Babazadə yayın istisində mərkəzdə kondisionerlər olmamasından, dinləyicilərin su içində dərs keçdiklərini, kondisionerin yalnız K.Əsədovun kabinetində olduğu iradını yazıb. Hətta onu da, qeyd edib ki, mərkəz bazar vəziyyətindəydi, kodlaşdırna düz təşkil olunmayıb, kodlaşdırmanın qiyməti isə 100 manatdır.

Kamal kurslarının saytı (kamal.edu.az) bağlıydı. Mərkəzin fəaliyyəti ilə bağlı az da olsa məlumat əldə etmək istədik.
Əgər bir Mərkəzin saytı bağlıdlrsa, o zaman S.Babazadə kimi izləyicilərin dediklərinə şübhə yoxdur. Deyəsən həmin izləyici gördüklərini ictimailəşdirib, eşitdiklərini yox. K.Əsədovun onu da borclu çıxaracağına heç şübhə olmayacaq.

Yaxşı deyiblər:” Öz gözündə tiri görməyən, özgədə tük axtarır”. //avrasiya.net//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru