"Rahat Market"in ağacları kəsib YERİNDƏ YENİSİNİ ƏKDİLƏR - ƏKMƏYƏ DƏ BİLƏRDİLƏR...

5-09-2022, 20:33           
"Rahat Market"in ağacları kəsib YERİNDƏ YENİSİNİ ƏKDİLƏR -
Xəzər rayonu, Buzovna qəsəbəsi, "Rahat Market"in qarşısındakı quru və qəzalı vəziyyətdə olan ağacların yerinə bu gün rayon Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən yeni ağaclar əkilib.

TEREF.AZ yazır ki, bunu "Qafqazinfo"ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib.

Xatırladaq ki, Xəzər rayonu ərazisinin müxtəlif ünvanlarında quru və qəzalı vəziyyətdə olan ağacların götürülməsi ilə bağlı rayon İcra Hakimiyyətinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciəti əsasında qurumuş şam ağaclarının götürülərək əvəzinə yeni ağacların əkilməsi şərtilə rəy verilmişdi.

DİA.AZ xatırladır ki, az əvvəl sakinlərin şikayətini təqdim etmişdiik:

Muxtar Babayevə ŞOK İTTİHAM: Heydər Əliyevin əkdiyi ağaclara da qıydılar... - 50 min manat müqabilində kəsdilər
(https://teref.az/manset/253442-muxtar-babayeve-sok-ittiham-heyder-eliyevin-ekdiyi-agaclara-da-qiydilar-.html)
Yazıda iddia olunurdu ki, mərhum Heydər Əliyevin əkdiyi ağaclar 50 min manat pulun müqabilində kəsilib.

Sakinlər eyni zamanda kəsilən ağacların sağlam olduğunu da deyirdilər.

Aşağıdakı videodan sakinlərin haqlı olduğu tam aydın olur...

Görünəni odur ki, hansısa işbazlar əvvəlcə YAŞILLIĞI MƏHV EDİBLƏR və düşünüblər ki beləcə də qalacaq... Amma ictimai reaksiya baş verəndən sonra ETSN-də oturan həmin işbazlar geri çəkilməli olublar.
DİA.AZ












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru