3 və ya 2-ci dərəcəli əlillərin 5-10 ildən sonra növbəti müayinədə əlillik dərəcəsi ləğv olunur - - Bu fantastik qərarın bir neçə səbəbi ola bilır
6-09-2022, 09:28

Ağır, sağalmaz və xroniki xəstəliyə düçar olmuş, maddi, mənəvi və fiziki problemlərlə əlləşən əzab əziyyətıə yaşayan bu şəxslərin əlillik dərəcəsinin ləğv edilməsi nə Allaha xoş gedər, nə də hüquqi əsasları yoxdur.
Maraqlı faktdır, necə olur ki, 5-10 il müddətinə əlillik dərəcələri almış 3 və ya 2-ci dərəcəli əlillərin 5-10 ildən sonra növbəti müayinədə əlillik dərəcəsi ləğv olunur. Bu fantastik qərarın bir neçə səbəbi ola bilır:
1. Məlumdur ki, əlillik dərəcəsi o şəxslərə verilir ki, onların müalicəsi və sağalması qeyri mümkün olur, ağır, sağalmaz və xroniki xəstəlikləri olur.
2. Belə görünür ki, bizdə tibb o qədər yüksək surətlə inkişaf edib ki, hətta ağır, sağalmaz və xroniki xəstələri belə müalicə edib, sağalda bilirik.
3. Həkim olmasam da qətiyyətlə bildirirəm ki, əlillik qrupu alan şəxslırin 5 və ya 10 ildən sonra sağalması mümkün deyil. Belədirsə, nədən həssas və ağır xəstə olan bu şəxslərin əlillik dərəcəsi ləğv edilir, onsuz da ağır olan vəziyyətləri daha da ağırlaşdırılır?
4. Məlumdur ki, əlillik qrupu alan şəxslər, bu qrupu almamışam əvvəl uzun müddət, ən azı 1-3 il müddıtinı müalicə alırlar. Sağalma şansları olubsa, nədən sağ almayıblar, sağ almaları mümkün idisə, hansı səbəblərdən onlara uzun müddət üçün əlillik qrupu verilib.
5. Beş il və ya on il əvvəl də bu şəxslərə 2 və ya 3-cü qrup əlillik dərəcəsi eyni qurum olan Tibbi Sosial Ekspert və Reabilitasiya Agentliyi tərəfindən verilib. Əgər bu qurumun həkim və ya mütəxəssisləri tərəfindən saxta əlillik dərəcəsi verilibsə, nədən onlar məsuliyyətə cəlb olunmurlar?
Azər Quliyev
Teref.az