"Əslində manat ölüb ruh halında hərəkətdədir..."- İqtisadçı ekspert

29-09-2022, 11:06           
"Əslində manat ölüb ruh halında hərəkətdədir..."-
Necə yaşadığımızı yaxın dostum mənə elə gözəl sübut etdi ki...
Masazırda məşhur marka olan bir Supermarket müdiri dostumdur. Dünən axşam saat 12-də məni çağırdı ki, gəl səhər 08:00-da açılan kassanı bağlayıram sən də gəl bax. Düşündüm ki, mən 5 kassanın bağlanmasına niyə baxım? Getdim. Oturduq otaqda. Qısaca deyəcəm. Bütün kassalar üzrə dövriyyə çıxarıldı. 2600 ödəniş çeki çap edilib. Çeklərin 2035-inin ortalama qiyməti 30 manat. 118-nin ortalama qiyməti 80 AZN. Qalan 447 ödəniş çeki üzrə orta qiymət 150-200 AZN. 1-5 manatlıq, 5-7 manatlıq alış-veriş edənlər də kifayət qədər çox idi. Market müdiri deyir ki, insanlar gəlir, gəzir, baxır, kassaya qayıdanda çox az dəyərdə məhsul alırlar. Bu nə deməkdir bilirsinizmi? Bu vətəndaşımızın alıcılıq qabiliyyətinin sürətlə aşağı düşməsi deməkdir. Bəzən görüntü bizi aldadır. Düşünürük ki, marketlər adamla doludur. Lakin real ödəmə qabiliyyəti, alıcılıq göstəricilərinə diqqət etdikdə görürük ki, vəziyyət heç də düşündüyümüz kimi deyil. Başqa bir məqam da var. Rəsmi məlumata əsasən bu ilin birinci yarısında nağdsız alış-verişlər üzrə ərzaq bazarının həcmi 10 milyard manata çatıb. Bu isə ötən illə müqayisədə 3 dəfə artım deməkdir. Rəqəmi təsadüfən qeyd etmədim. Marketlərdə nağdsız alış-veriş edənlərin böyük əksəriyyətinin kartlarına diqqət edin, əksəriyyəti kredit kartlarıdır. Ölkəmizin insanları hələ ki, özünü aldadaraq yaşayır. Sürətlə borclanır. Əlində olan pul nə qədər çox olsa da dəyərini sürətlə itirir.
Hökumətimiz isə bizi də, özünü də pulun dövriyyə, həcmi, aktivliyi ilə aldadır. Bir az ədəbi ifadə etsək, əslində manat ölüb ruh halında hərəkətdədir.
Razi Abbasbəyli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.