9 yanvar...- Tarixdə bu gün...
10-01-2023, 08:25

9 yanvar...
1919-cu il...
Zəngəzurdakı Pazdar kəndi ermənilər tərəfindən talan edilir, sakinlərin bir hissəsi, 20 nəfərdən çoxu vəhşicəsinə öldürülür
1938-ci il...
Tanınmış zabit, polkovnik Murtuz Heydər oğlu Talıbzadə Hərbi Kollegiyanın hökmü ilə güllələnir
1938-ci il...
Görkəmli hərbi yazıçı, bir sıra dəyərli əsərlərin müəllifi, Azərbaycan Dağ-atıcı diviziyasının komissarı Hacıbaba Hacı Ələsgər oğlu Nəzərli Hərbi Kollegiyanın hökmü ilə güllələnir
1938-ci il...
Azərbaycan SSRİ XDİK İdarəsinin 3-cü dərəcəli dövlət təhlükəsizlik komissarı Sumbatovun əmri ilə tərkibində azərbaycanlılar da olan 45 nəfər güllələnir
1978-ci il...
Qum şəhərində konstitusiya prinsiplərinə əməl olunması və şahlığın ləğv edilməsi tələbini edən növbəti nümayiş gülləbaran edilir. Onlarla adam öldürülür, yüzlərlə adam yaralanır. Gülləbaran zamanı çoxlu azərbaycanlı da həlak olur
1990-cı il...
Qraçik Sarkisyanın başçılıq etdiyi erməni terrorçuları Şuşa rayonundan olan azərbaycanlıları girov götürürlər
1990-cı il...
Sov.İKP MK katibi A.N. Girenko və SSRİ Millətlər Sovetinin sədri R.P.Nişanov Xankəndinə buraxılmır, ermənilər onları müşayiət edən daxili qoşunlara atəş açırlar
1990-cı il...
Ermənistan parlamenti özünün növbədənkənar iclasında DQMV-nin iqtisadi inkişafı ilə bağlı qanunsuz müzakirə keçirir. Ali Sovetin Sessiyası 1990-cı il üçün plan və büdcə məsələlərinə baxır. Parlamentdə “Dağlıq Qarabağ Muxtar vilayətinin sosial-iqtisadi inkişaf planının Ermənistan SSR-in dövlət planına daxil edilməsi haqqında” qeyri-qanuni qərar qəbul edilir. Sessiyada Şaumyankənd rayonu Çaaykəndlə birlikdə Dağlıq Qarabağ ərazisi kimi göstərilir. Azərbaycan SSR Ali Soveti Rəyasət heyəti bu qərarı respublikanın suverenliyinə qəsd kimi qiymətləndirib SSRİ Ali Sovetinə müraciət edirsə də, SSRİ Ali Soveti Rəyasət Heyəti Ermənistanın bu addımını pisləyən qərar qəbul etməklə kifayətlənir
1990-cı il...
Xocavənd rayonunun Qaradağlı kənd sakini, 1958-ci il doğumlu “N.Nərimanov” adına kolxozun sədri, 4 uşaq atası Sultan Rəşid oğlu Bayramov “UAZ-469” markalı 53-55 AQT dövlət nömrə nişanlı maşında ermənilər tərəfindən atılan atəş nəticəsində qətlə yetirilir. Sürücü Nemət Əsgər oğlu Səmədov, eləcə də Əfqan Musa oğlu Əzizov və daha bir nəfər ağır güllə yarası alırlar
1990-cı il...
Laçın-Şuşa avtomobil yolunun Qaladərəsi kəndi yaxınlığında Gəncə şəhərinin 44682 saylı hərbi hissəsinə məxsus olan “UAZ-469” markalı 30-14 NB dövlət nömrə nişanlı avtomaşın erməni yaraqlıları tərəfindən atəşə tutulur. “Molodoyoj Azerbaydjana” qəzetinin müxbiri, Azərbaycanın Milli Qəhrəmanı, 30 yaşlı (16 dekabr 1961-ci il təvəllüdlü) Salatın Əziz qızı Əsgərova və onunla bir yerdə olan Sovet Ordusunun 3 nəfər hərbi qulluqçusu (kəşfiyyat batalyonunun komandiri, podpolkovnik) Anatoli Mixayloviç İllarianov, Laçın rayonunun hərbi komendantlığı qərargahının rəisi, podpolkovnik İqor Yuriyeviç İvanov və Sovet Ordusunun serjantı İvan İvanoviç Qoyekin daşnak ermənisi Artaşes (Arno) Mixayloviç Mkrtçyanın rəhbərlik etdiyi terrorçu qrupun (Q.Petrosyan, A. Manqasaryan, Q. Arustamyan və başqaları) törətdikləri teror aktı nəticəsində vəhşicəsinə qətlə yetirilirlər. Terrorçu qrupun üzvləri – Artaşes Mixayloviç Mkrtçyan, Artur Artaşesoviç Zaxaryan, Manvel Şabaqatoviç Sarkisyan, Yenok Rubenoviç Osipyan 15 il müddətinə, Qaraqen Serikoviç Qriqoryan isə 5 il müddətinə (eləcə də Q.Petrosyan, A.Manqasaryan, Q.Arustamyan) azadlıqdan məhrum olunurlar və 8 may 1996-cı ildə onlar birtərəfli qaydada Ermənistana verilirlər
1991-ci il...
Erməni terrorçuları Akop Qavruşoviç Baqmanyan və Artuşa Qriqoryeviç Antonyan tərəfindən Xankəndi şəhərində DQMV-nin Daxili İşlər İdarəsinin rəisi, general-mayor V.Kovalyovun həyatına sui-qəsd edilir
1992-ci il...
Füzuli rayonunun Qaradağlı, Cuvarlı, Arış və eləcə də Hadrut (Xocaavənd) rayonunun Axullu kəndləri ərazilərində 2 nəfər azərbaycanlı milis işçisi və 3 nəfər yerli sakin ermənilər tərəfindən qətlə yetirilir. 5 nəfər isə ağır yaralanır
1992-ci il...
Xocavənd rayonunun Axullu kəndindən sonuncu azərbaycanlı da ermənilər tərəfindən qovularaq çıxarılır. Erməni yaraqlılarının təhriki və təkidi ilə kənd bütünlükdə boşaldılır. Nəticədə azərbaycanlılar yaşayan Axullu kəndi də erməni qəsbkarları tərəfindən işğal edilir.