Sülhməramlıların vəzifəsi:

10-01-2023, 11:38           
Sülhməramlıların vəzifəsi:
Hazırda Şuşa-Xankəndi yolunda aksiya davam edir. Xankəndidə qondara rejimin təmsilçiləri açıqlama verir ki, yol bağlıdır. Amma hamıya məlumdur ki, yol humanitar məqsədlər üçün açıqdır. Eyni zamanda burada rus sülhməramlılarının mövqeyindən də çox şey asılıdır.

TEREF.AZ bildirir ki, bunu Teleqraf.com-a politoloq Fərhad Mehdiyev deyib.

O hesab edir ki, Xocalı aeroportundan istifadə ilə bağlı səslənən fikirlər də absurddur:

“Onlar sadəcə olaraq siyasi avantüra ilə məşğul olurlar. Ümumiyyətlə isə bəzən bu cür fikirlərə reaksiya verməyə ehtiyac yoxdur. Bura ilk növbədə rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidir. Xankəndidə hansısa bir separatçının spzü ilə burada aeroport açılması qeyri-mümkündür. Çünki burada rus sülhməramlıları təkbaşına bir qərar verə bilməz. Ərazi Azərbaycana məxsusdur”.

Politoloqun fikrincə, Şuşa-Xankəndi yolundakı aksiya öz məqsədlərinə çatana kimi davam etməlidir:

“Sözsüz ki, bura humanitar keçid üçün açıqdır. Eyni zamanda buradan bütün keçidlərin sənədləşdirilib paylaşılamsı da vacibdir. Çünki beynəlxalq qurumlara bu məsələ ilə bağlı yalan informasiyalar daxil olmasın və bunun nəticəsində hər hansı bir bəyanat eşidilməsin”.

Fərhad Mehdiyevə görə, Şuşa-Xankəndi yolundakı aksiyaya digər QHT təmsilçiləri də qoşulmalıdır:

“Burada tək ekologiyanın qorunması ilə bağlı deyil, mədəni irsin qorunması ilə fəaliyət göstərən QHT təmsilçiləri də aktiv yer almalıdır. Eyni zamanda Xocalı sakinləri öz yurdlarına qayıtmaqla bağlı tələblərlə çıxış etməlidir. Belə olan halda rus sülhməramlıları onların Xocalıya qayıdışını, təhlükəsizliyini təmin etməlidir. Növbədi addımlar məhz bunlardan ibarət olmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru