Naxçıvan Prokurorluğu MR-in ən bəxti yeyin naziri Natəvan Qədimova barəsində araşdırmalara başlayıb

10-01-2023, 10:16           
Naxçıvan Prokurorluğu MR-in ən bəxti yeyin naziri Natəvan Qədimova barəsində araşdırmalara başlayıb
Naxçıvan şəhərinin 1 saylı musiqi məktəbinin keçmiş direktoru Ramin Hacıyev MR Mədəniyyət naziri Natəvan Qədimovanın hər musiqi məktəbindən 17000 manat rüşvət aldığı iddiası ilə Naxçıvan MR Prokurorluğuna müraciət edib.

Ovqat.com-un məlumatına görə, Ramin Hacıyevin şikayət ərizəsi qəbul olunub və araşdırmalara başlanılıb.

İnformasiya mənbəmiz Natəvan xanımın bu “imatahan”dan da “sağ-salamat” çıxa biləcəyini istisna etmir. Onun fikrincə, xanım nazirin bəxtinin yeyinliyi onun ilişməsinə imkan verməz. Təsadüfi deyil ki, Azərbaycanın müvafiq orqanlarının Naxçıvanda başlatdığı yoxlamalar belə Natəvanın xanımın işinə yarayıb. “Xanımın bəxti yaman zirəkdir. Yoxlamalar bir az da geciksəydi, Natəvan xanım müavini Həsən Kərimov onun yerinə gətiriləcəkdi. Çünki Həsən Kərimov xanzadə Seymur Talıbovun sinif yoldaşıdır. Mədəniyyət nazirinin müavini təyin edilərkən, onun nazir təyin olunması planlaşdırılırdı. Lakin Azərbaycan hökuməti Naxçıvanda yoxlamalara başlamaqla Seymur Talıbovun arzusunu gözündə qoydu. Məhz bu səbəbdən də Natəvan xanım öz kreslosunu qoruyub saxlaya bildi”, - məlumatda bildirilir.

Bildirilir ki, Natəvan xanım da öz bəxtinin yeyinliyinin fərqindədir və bu avantajından maksimum istifadə etməyi bacarır. Təsəvvür edin ki, Naxçıvanda həssas dönəm başa çatmamış o, artıq köhnə vərdişlərinə qayıdıb. Yaxın qohumu İradə Qədimovanı 4 saylı musiqi məktəbinə direktor təyin edib. İradə xanıma da halal olsun, işə başlayar-başlamaz, Natəvan Qədimovanın etimadını doğruldub. Bütün müəllimləri yanına çağırıb bildirib ki, Naxçıvanın mədəniyyət sahəsinin “bal ayı” bitdi. Bundan sonra hər kəs alacağı maaşın bir qismini “şirinlik” kimi geri qaytarmalıdır. Çünki bu şirinlik yuxarılara çatmalıdır.

Mənbəmizin iddiasına görə, Natəvan xanımın Ali Məclisin faktiki sədri Azər Zeynalova 400 min manat borcu var və həddi nədir onun qaytarmaya. Belə çıxır ki, bu borc qapanmayana qədər Naxçıvanın mədəniyyət xadimləri öz qazanclarını nazir xanimla bölüşdürməlidirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru