Vasif Talıbov 1992-ci ildən İran kəşfiyyatına işləyirmiş
11-01-2023, 10:15

1992-93-cü illərdə İran kəşfiyyatının Əli adlı adamı Naxçıvanda bir çox rəsmilərlə görüşür. Məqsədi İranın Qum şəhərində təhsil almağa uşaq aparmaq olur. Əli adlı bu missioner əvvəl o dövrün Təhsil naziri Nazim Əkbərlə görüşür. 30 nəfər şagirdin seçilib onlara verilməsini xahiş edir. Maraqlıdır ki, iranlı missioner abituriyent seçiminin normal qaydada və rəsmi şəkildə aparılmasını istəmir. Bu barədə İranla Naxçıvan hökumətləri arasında hər hansı müqavilə bağlanmasına da razı olmur. Nazim müəllim bu sövdədən duyuq düşür və missionerin tələbini geri çevirir.
Fəqət üzərindən bir müddət keçəndən sonra məlum olur ki, Naxçıvandan gizli yolla 30 abituriyent Qum şəhərinə aparılıb. Təbii ki, Naxçıvan MR Təhsil Nazirliyindən xəbərsiz şəkildə. Bu gizli sövdənin üstü o zaman açılır ki, Qum tələbələrindən birinin meyiti Araz çayından tapılır. Daha sonra Quma aparılan uşaqlardan bir başqası isə Naxçıvan şəhərindəki 5 mərtəbəli evin 4-cü mərtəbəsındə yerləşən mənzilərindən özünü ataraq intihar edir. Bu müəmmalı ölümlərin səbəbi indiyədək aydınlaşdırılmayıb.
Araşdırmalar nəticəsində məlum olur ki, 30 abituriyentin gizli şəkildə Quma aparılması həmin illərdə Ali Məclis sədrinin baş müşaviri işləyən Vasif Talıbovla İran missioneri Əli arasında əldə olunan sözlü anlaşma nəticəsində baş tutub.
Belə çıxır ki, Vasif Talıbov bineyi-qədimdən İrana işləyirmiş.
Heydər Oğuz
Teref.az