Xankəndidə sabotaj "oyunu": - Rejimin yalançı hay-küyü nəyə hesablanıb?

11-01-2023, 11:58           
Xankəndidə sabotaj "oyunu": -
Xankəndi-Laçın yolunda azərbaycanlı ekofəalların bir aydan artıqdır davam edən aksiyası bütün dünyada səs-küy yaradarkən, separatçı erməni rejimi diqqəti əsas məsələdən yayındırmaq üçün bir-birinin ardınca uğursuz cəhdlər edir.

Belə ki, gah Xankəndidə “ərzaq böhranı” yarandığını, marketlərin boşaldığını iddia edir, gah da qısa müddət əvvəl əlinə silah verib döyüşə hazırladığı azyaşlı uşaqların təhsildən yayındığını bildirir. İndi isə apteklərdə müəyyən növ dərmanlara və uşaq qidalarına ehtiyac hiss edildiyinə dair uydurma xəbərlər yayır.

TEREF.AZ Cebhe.info-ya istinadla xəbər verir ki, Xankəndidə fəaliyyət göstərən “Gedeon Rixter” apteklər şəbəkəsinin əczaçısı Şuşan Nazaretyan bildirib ki, hazırda süd qarışıqları, uşaq bezləri və antibiotiklərə böyük tələbat var:

“6-7 yaşa qədər uşaqlara yaranan yoluxucu proseslərin qarşısını almaq üçün maye antibiotiklərə ehtiyac var və ümumiyyətlə maye antibiotiklər yoxdur. Eyni yaş qrupundakı uşaqlar üçün antipiretik dərmanlar yoxdur.

“Li” aptekinin əczaçısı Lilit Barseqyanın sözlərinə görə, son bir ayda üç dəfə uşaqlar üçün qızdırmasalıcı dərmanlar, şəkərli diabet xəstələri üçün dərmanlar alıblar.

Başqa sözlə, bir əczaçının dediyini digər əczaçı bəlkə də bilməyərəkdən təkzib edir və son bir ayda (aksiya keçirildiyi müddətdə) 3 dəfə dərman aldıqlarını bildirib. Üstəlik əlavə edib ki, zəruri ehtiyacların bundan sonra da ödəniləcəyinə ümid edir.

Beynəlxalq Qırmızı Xaç Komitəsi dəfələrlə açıqlamalarda Xankəndinə zəruri dərman preparatlarının çatdırılmasıyla bağlı məlumatlar yayıb. Tez-tez Xankəndidən xəstələrin təcili yardımla İrəvana aparıldığı barədə xəbərlər verilir. Son belə məlumat dünən yayılıb. Belə ki, dünən 2 avtomobil Xankəndindən Laçın istiqamətinə keçid edib. Avtomobillərin içərisində dinc erməni ailəsi olub.

Yaxud dekabrın sonunda Ermənistan Qarabağa 10 ton humanitar yük göndərib. Məlumatı Beynəlxalq Qırmızı Xaç Komitəsinın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni təsdiqləyib.

"Beynəlxalq Qırmızı Xaç Komitəsinin yük maşını Laçın dəhlizi ilə 10 ton humanitar yük daşıyıb", - Amatuni bildirib.

Onun sözlərinə görə, söhbət dərmanlardan, uşaq qidalarından və tibb müəssisələrinə lazım olanlardan gedir. Yardım Ermənistanın hakimiyyət orqanları tərəfindən edilib. Qırmızı Xaç nəqliyyat vasitəsini təmin edib.

Deməli, cəmi bir neçə gün əvvəl Xankəndidə dərmanlardan, uşaq qidalarından və tibb müəssisələrinə lazım olan vasitələrdən ibarət yük göndərilib, həm də düz 10 ton. Bəs necə oldu ki, cəmi bir neçə gün sonra Xankəndidəki apteklər məhz bu vasitələrin-dərmanların, uşaq qidalarının olmamasından şikayətlənməyə başladı? Bu şikayətlərin məğzinə diqqət yetirəndə aydın olur ki, “ərzaq çatışmazlığı” hay-küyündən sonra separatçı rejim bu dəfə də uşaqları dövriyyəyə buraxır. Başqa sözlə, ya Xankəndidə iddia olunduğunun əksinə olaraq uşaq qidası və dərmanlar var. Ya da separatçı rejimin müəyyən qrupu öz “himayəsindəki” erməniləri çörək və dərmanla imtahana çəkərək “hakimiyyətdaxili oyunlarda” digər qrupu sabotaja başlayıb. Hər iki halda iddialar yalançı hay-küydən başqa heç nə deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru