Qaziləri polis idarələrində qeydiyyatdan çıxardıblar, Prezidentin verdiyi evlərə qeydiyyata salmırlar - Polis idarələrində qeydiyyatda olan sakinlər havada qalıblar - DİN cavab verdi... YENİLƏNDİ

12-01-2023, 11:06           
Qaziləri polis idarələrində qeydiyyatdan çıxardıblar, Prezidentin verdiyi evlərə qeydiyyata salmırlar -
Sumqayıtda polis idarələrində müvəqqəti qeydiyyatda olan vətəndaşlar çətinliklə üzləşiblər. Bu barədə 6 yanvar tarixində Sumqayıt24-ə izləyicilərdən xəbər daxil olub.

Məlumata əsasən, ötən ilin yay aylarından etibarən polis idarəsinin qeydiyyatında olan sakinlər kütləvi şəkildə qeydiyyatdan çıxarılıblar.

“Mən və valideynlərimin faktiki ünvanı olmadığı üçün polisdə qeydiyyata düşmüşdük. 6-7 ay olar ki, hamımızı qeydiyyatdan çıxarıblar. Tək biz deyilik, 7 min əhalinin qeydiyyatı ləğv edilib. Uşaqlarımız sənədsiz qalıblar. Onları nə xəstəxanaya, nə də ki məktəbə qəbul etmirlər. Bir Azərbaycan vətəndaşı olaraq havada qalmışıq. Qurumdan cavab olaraq bildirilib ki, ya gedin mülk alın, ya da ki kiminsə evinə qeydiyyata düşün”, – deyə sakinlər bildiriblər.
Teref.az olaraq qeyd etmək istəyirik ki, bu həmdə Bakı şəhərində polis idarələrində müvəqqəti qeydiyyatda olan vətəndaşlar üçün böyük çətinliklər yaradıb.
Ən qəribəsi isə polis idarələrində müvəqqəti qeydiyyatda olan və yeni qərarla qeydiyyatdan çıxarılan qazilərin başına gələnlərdir. Onlar Prezidentin qərarı ilə ev alsalarda bu evlərə qeydiyyata düşə bilmirlər. Çünki onlara Prezident tərəfindən verilən evlərin heç bir sənədi yoxdur. Beləliklə bu qazilər polis qeydiyyatından çıxıblar, lakin öz halal evləri olsada ora qeydiyyata düşə bilmirlər. Və belə olan halda onlar havada qalıblar və heç nədən istiifadə edə bilmirlər. Xəstəxanalar, poliklinikalar, banklar və sairə idarələr onların üzünə bağlıdır.Qeydiyyatdan çıxan şəxs avtomatik olaraq şəxsiyyət vəsiqəsi etibarsızlaşır və hara gedirsənsə sənə qulluq etməkdən imtina edirlər. Bu çətinliklərlə üzləşən qazilər ƏƏSMN tabeliyində olan Sosuial Xidmətlər Agentliyinə müraciət etsələrdə orda deyirlər ki, hələ hansısa məktubun üstündə işləyirlər, hazır olanda xəbər verəcəklər. Ancaq artıq 1 il keçsədə heç bir xəbər yoxdur.

Teref.az
Qeyd etdiyimniz problemin Daxili İşlər Nazirliyindən çox ƏƏSMN-nə aid olduğu məqalədəndə məlumdur.
Lakin Teref.az olaraq qeyd etmək istəyirik ki, qaldırdığımız problemlə bağlı DİN-indən operativ cavab aldıq. Qeyd etmək istəyirik ki, qazilərin qeydiyyat məsələsi ilə bağlı qazilərin əsas tələbi DİN-nə deyil, ƏƏSMN-dir.Onlar işlərini vaxtında görsələr indi heç bir qazi əziyyət çəkməzdi. DİN operativ cavab üçün təşəkkür edərək, cavablarını oxuculara təqdim edirik:
"Vətəndaşlarla bağlı hüquqi və digər prosedurların həyata keçirilməsində çətinliklərin yaranmaması üçün polisin inzibati binasında müvəqqəti qeydiyyatda olan vətəndaşlar istisnasız olaraq qeydiyyatdan çıxarılırlar. Qeyd edək ki, “yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən şəxs bir neçə formada qeydiyyata alına bilər: mənzili olanlar evin rəsmi sənədləri əsasında (çıxarış) və ya mənzili olan qohumların evində qeydiyyata düşməklə.
Sumqayıt şəhərində isə qazilərin polisin inzibati binasından qeydiyyatdan çıxarılmaları iddiaları ilə bağlı isə bildiririk ki, bu proses istisnasız həyata keçirilir. Onlara verilən evlərin sənədləşdirmə işləri yekunlaşandan sonra həmin ünvanlarda qeydiyyata alınacaqlar.
Nurlan Əliyev DİN Mətbuat Xidmətinin əməkdaşı."

Teref.az olaraq ümid edirik ki, ƏƏSMN də axır ki, məsul olıduğu məsələnin nə zaman ərsəyə gələcəyi barədə konkret cavab verəcək!
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru