SSRİ-yə meydan oxuyan Naxçıvan MR Ali Məclisi - MR İmeriyaya belə ultimatum verdi

20-01-2023, 18:29           
SSRİ-yə meydan oxuyan Naxçıvan MR Ali Məclisi -
Bugünlər həm də Naxçıvanın SSRİ-nin tərkibindən rəsmən çıxdığı günlərdir. Qərarı Naxçıvan MR Ali Məclisinin sədri Səkinə Əliyeva imzalayıb.
QƏRAR:
" SSRİ-nin Əsas Qanununun (Konstitusiyasının) 81-ci maddəsinə əsasən Azərbaycan SSR, o cümlədən Naxçıvan MSSR-in suverenliyi və ərazi btövlüyü müdafiə edilmədiyindən;
Azərbaycan SSR və Naxçıvan MSSR Ali Qanunvericilik orqanlarının İttifaq orqanlarına dəfələrlə edilən müraciətləri nəticəsiz qaldığından;
Ermənistan SSR tərəfindən edilən təcavüz nəticəsində Muxtar Respublikanın ərazi bütövlüyü pozulduğundan, vətəndaşlarının həyatı təhlükə altında qaldığından;
Türkiyə və Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR arasında RSFSR-in iştirakı ilə bağlanmış müqavilənin şərtləri kobud şəkildə pozulduğundan:
Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası qərara alır:
1) Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan edir.
2) Qars müqaviləsinin şərtlərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünü qorumaq və kütləvi insan qırğınının qarşısını almaq məqsədi ilə Türkiyə respublikasına müraciət edilsin.
3) Yaranmış vəziyyətlə əlaqədar olaraq Birləşmiş Millətlər Təşkilatına, İran İslam Respublikasına, dünyanın bütün dövlətlərinə kömək məqsədi ilə müraciət olunsun.
4) Naxçıvan MSSR ərazisində olan SSRİ qoşun hissələri Respublikadan çıxarılsın.
5) SSRİ Ali Sovetindən tələb edilsin ki, Naxçıvan Respublikasına edilən təcavüzə son qoyulsun.
6) Sessiyanın qərarı Azərbaycan SSR və SSRİ respublikalarının nəzərinə çatdırılsın.
Naxçıvan MSSR Ali Soveti
Rəyasət Heyətinin Sədri: Səkinə Əliyeva.
Naxçıvan MSSR Ali Soveti
Rəyasət Heyətinin Katibi: Həsən Xəlilov.
Naxçıvan şəhəri, 19 yanvar 1990-cı il”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru