Eldar Mahmudov HƏBSDƏN NECƏ QURTULDU... - ARAŞDIRMA

24-01-2023, 12:45           
Eldar Mahmudov HƏBSDƏN NECƏ QURTULDU... - ARAŞDIRMA
Araşdırılmayan cinayətlər 5-ci seriya: Keçmiş nazir Eldar Mahmudov

Özündən sonra vəzifəsi ləğv olunan Eldar Mahmudovun adı hansı cinayət işlərində çəkilirdi?

Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsindən sonra MTN-in yüksək rütbəli zabitlərinin həbsinə başlanıldı.

MTN generalları ilə birgə nazirliyin ümumilikdə 22 vəzifəli şəxsinə qarşı mütəşəkkil dəstə tərəfindən quldurluq törətmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma və bir çox maddələrlə ittihamlar elan olundu.

İttiham olunanlardan biri – MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən iki ay sonra saxlandığı Bakı İstintaq Təcridxanasında asılmış vəziyyətdə tapıldı.

MTN zabitlərinin cinayət işləri üzrə ayrı-ayrı məhkəmə araşdırmaları davam edərkən Eldar Mahmudovun adı bütün məhkəmə proseslərində çəkilirdi. Onun həbsi tələb olunurdu. //ABZAS.MEDİA//













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru