Kərəm Mustafayevin dindirilmək üçün Bakıya aparıldığı bildirilir

26-01-2023, 08:25           
Kərəm Mustafayevin dindirilmək üçün Bakıya aparıldığı bildirilir
Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayevin dindirilmək üçün Bakıya aparıldığı bildirilir. TEREF.AZ yazır ki,bu haqda "Gündəlik Naxçıvan"a Ordu Qərargahındakı mənbə məlumat verib. Məlumata görə, Kərəm Mustafayev yanvarın 20-də Bakıya aparılıb və indiyə kimi geri qaytarılmayıb. Onun, Naxçıvanda xidmət edən hərbçilərin mətbuat vasitəsi ilə yaydıqları məlumatlar və şəxsi şikayətlər əsasında dindirildiyi bildirilir.
Naxçıvanda xidmət keçən bir qrup zabit, bir müddət öncə "Gündəlik Naxçıvan" vasitəsi ilə ictimaiyyətə və DTX-ya müraciət ünvanlamışdı. Zabitlər, Kərəm Mustafayevin özbaşınalıqlarından, onları necə təhqir etməsindən, ordudakı rüşvət, korrupsiya və digər qanunsuzluqlardan şikayət edirdilər. Hərbçilər, DTX-dan bu özbaşınalıqların araşdırılmasını xahiş etmişdilər.
Qərargahdakı mənbə bildirir ki, Kərəm Mustafayevlə birlikdə Ümumqoşun Orduya aid bəzi sənədlər də yoxlanılmaq üçün Bakıya aparılıb:
"Artıq, cümə günündən etibarən Bakıdadır. Onun saxlanılması, yaxud sərbəst qalması ilə bağlı heç bir məlumatımız yoxdur. Ancaq, dəqiq bilirk ki, dindirilməyə aparılıb. Bu xəbər çox məxfi saxlanılırdı. Lakin, onun Bakıdan qayıdışı çox uzun çəkdi deyə, şübhələr yaratdı. Artıq, gizlədə bilmirlər. Son vaxtlar zabitlər onun özbaşınalıqları haqda mətbuata çoxlu məlumatlar verirlər. Şəxsən rəsmi şikayət edənlər də var. Bu səbəbdən ola bilər. Ancaq, əsas səbəb odur ki, general Vasif Talıbovun adamıdır. Talıbov gedibsə, o da getməlidir. Kərəm Mustafayevin həbs olunacağı da gözlənilir".
Bir neçə gün öncə, Naxçıvanda hərbi qulluqda olan bir qrup zabit, Kərəm Mustafayevin idarəçiliyinə etiraz olaraq, ordudan tərxis olunmaq üçün müvafiq qurumlara ərizə yazmışdı.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru