KREMLİN ERMƏNİ TƏBLİĞATÇISI SAYIQLADI... - “Zəlzələdən istifadə edib İstanbula hücum edək” + VİDEO

19-03-2023, 00:08           
KREMLİN ERMƏNİ TƏBLİĞATÇISI SAYIQLADI... -
Quyruğu qapı arasında qaldığı üçün üzdə Türkiyə ilə dostluqdan, tərəfdaşlıqdan danışan Rusiya hakimiyyətinin, eləcə də onun himayə etdiyi imperiyaçı, millətçi, şovinist qüvvələrin Türkiyəyə və türk xalqlarına düşmən gözü ilə baxdığı heç kimə sirr deyil. Bəzən bu düşmənçilik Kremlin rəsmi və qeyri-rəsmi media orqanlarında, telekanallarında, internet resurslarında açıq-aşkar ifadə edilir.

“AzPolitika.info” xəbər verir ki, Kremlin “təbliğat ferması”nın ən “parlaq” sakinlərindən olan Vladimir Solovyovun kanalında Rusiya Dövlət Dumasının erməni əsilli sabiq deputatı, Solovyovun verilişlərinin daimi “ekspert” qonağı və şəxsi keyfiyyətlərinə görə Solovyovdan geri qalmayan erməni Semyon Baqdasarov Kremlə Türkiyə siyasətilə bağlı bəzi “məsləhətlər” verib.

Solovyovla kimi Kremlin təbliğatçılarından biri olan Baqdasarov təklif edib ki, Rusiya ordusu Türkiyədəki dəhşətli zəlzələnin yaratdığı faciədən, böhrandan, çətinliklərdən istifadə edərək, bu ölkəyə hücum etsin və İstanbulu tutsun: “Türkiyə indi çətin vəziyyətdədir. Gəlin böhrandan istifadə edək. Onu Orta Asiyadan qovaq, Ukraynaya təsirini parçalayaq, Cənubi Qafqazdan qovaq, Türkiyədə müəyyən qüvvələri də qaldıraraq tarixən bizə məxsus olanları - Konstantinopolu(İstanbul-red.) qaytaraq. Gəlin bunları qaytaraq... böhrandır, şükür Allaha ki, böhrandır. Bu böhran çöküşə və bizim ərazilərimizin özümüzə birləşdirilməsinə səbəb olmalıdır”. Öz dediklərindən ekstaz vəziyyətinə çatan Baqdasarov Ayasofya məscidinin üzərinə xaç asmağı və orada dualar oxumağı da təklif edib...

Bir ölkədəki təbii fəlakətdən istifadə edib, ona hücum etmək əlbəttə ki, yalnız bütün bəşəri, insani dəyərlərdən, əxlaqdan, namusdan məhrum qatı erməni millətçilərinin və onların Rusiyadakı rəzil həmfikirlərinin ağlına gələ bilər. Və Baqdasarov kimi şərəf yoxsulu erməni Kremlin qulluğundadırsa, ona efirlərdə bu cür çıxışlar etməyə şərait yaradılırsa, deməli onun Kremldəki sahibləri də elə onun tayıdır və onun kimi düşünür...

Baqdasarovun türklərə nifrətinin mənşəyi məlumdur. Ancaq eyni zamanda açıq görünür ki, bunun təkcə şərəf, ləyaqət və s. sarıdan deyil, həm də psixi sağlamlıq cəhətdən ciddi problemləri var. Rusiya ordusu Ukraynanın yarı-Sovet ordusuna qalib gələ, hansısa Avdeyevka kəndini belə 1 ildən çoxdur tuta bilmədiyi halda, bu məxluq NATO üzvü və dünyanın ən güclü ordularından birinə malik olan Türkiyənin ən böyük şəhərini ələ keçirməkdən dəm vurur.

Bunu hansısa ruhi xəstənin sayıqlaması kimi qiymətləndirib, üzərindən keçmək olardı. Lakin məsələ ondadır ki, bütün bu sayıqlamalar Kremlin ruporu olan Solovyovun kanalında, verilişində yer alır. Deməli, bunun üçün Kremldən “yaşıl işıq” yandırılıb və bütün bunlar Rusiya hakimiyyətinin ürəyindən keçən, lakin elə ürəyində də qalacaq arzulardır...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.