Qərb və Rusiya indi də Ermənistanda qarşı-qarşıya gəlir? - GƏLİŞMƏ

21-06-2023, 07:35           
Qərb və Rusiya indi də Ermənistanda qarşı-qarşıya gəlir? - GƏLİŞMƏ
Ermənistan mətbuatı Nikol Paşinyanı anti-Rusiya təbliğatı aparmaqda ittiham edib.

Belə ki, “Yerkramas” nəşri Paşinyan və ona yaxın dairələrin aqressiv şəkildə anti-Rusiya təbliğatı apardığını və bu istiqamətdə müvafiq addımlar atdığını önə sürüb.

Nəşrin iddiasına görə, Ermənistanın Baş naziri Qərbin planlarını reallaşdırmağa çalışır.

Maraqlıdır, Rusiya ilə Qərb Ukraynadan sonra Ermənistanda müharibə aparacaq?

TEREF.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, Ermənistanın Fransanın razılığı və iştirakı ilə atdığı addımlar regionun təhlükəsizliyini təhdid etməkdədir:

“İstər Kollektiv Təhlükəsizlik Müqaviləsinin (KTMT) üzvü olmaq, istərsə də Ermənistan daxilində Rusiyanın 102-ci həri bazasının olması bu dövlətin müdafiə və təhlükəsizliyinin vacib elementidir.

Rəsmi İrəvanın nə KTMT-dən ayrılmaq, nə də 102-ci həri bazanı ölkədən çıxarmaq niyyəti yoxdur. Çünki Ermənistan üçün bu müdafiə imkanlarının alternativi mövcud deyil.

Nəzərə almaq lazımdır ki, 102-ci hərbi baza bu iki ölkənin Müdafiə Nazirliklərinin müştərək qoşun bölmələri kimi Ermənistanın dövlət müdafiə və təhlükəsizlik təchizatlarıdır. Paşinyan iqtidarının KTMT və Rusiyadan istəyi Qarabağda baş verən toqquşmalarda onların da iştirak etməsidir”.

Politoloq diqqətə çatdırıb ki, son ildə isə Gümrüdəki 102-ci hərbi baza Ermənistan ərazisində daha da genişlənib və Rusiya ölkənin müxtəlif hissəsində 7 əlavə baza tikib:

“Amma Ermənistan Qərb ölkələrindən, Avropa İttifaqının bir sıra ölkələri və ən əsası da Fransa və Yunanıstanla, qonşu ölkələrdən isə İranla müdafiə potensialını inkişaf etdirməyə çalışır.

Həmçinin, Yunanıstanla da 2023-cü ilin mart ayından başlayaraq regionlar arası hərbi təlimlərdə iştiraka başlayıblar. Eyni zamanda Fransa ilə Ermənistan münasibətlərini hərbi əməkdaşlıq müstəvisinə qaldırmağa qərar verib. Bu ilin aprelin əvvəlində Fransanın Silahlanma üzrə Baş Direktorluğunun nümayəndə heyəti İrəvana səfər edib və s. halları da xatırlamaq olar.

Ümumiyyətlə, qlobal konfrantasiyada olan güclərin hərbi mövcudluğunu ölkədə yerləşdirməklə Ermənistana özünü, ümumilikdə isə regiona ciddi təhlükələr və risklər yaradır. Onlar Ukraynadakı müharibədən sonra regionu təhlükəyə atmaq və yaxud da Cənubi Qafqaz regionunda nüfuz bölüşdürülməsi istiqamətində addımlar atırlar.

Yəni burada qlobal konfrantasiyada olan güclərin Ermənistan vasitəsi ilə Cənubi Qafqaza yerləşməsi məqsədilə addımlar atılır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.