Çin və Rusiyadan Zəngəzurla bağlı açıq mövqe: - Dəhliz açılır

21-06-2023, 09:50           
Çin və Rusiyadan Zəngəzurla bağlı açıq mövqe: - Dəhliz açılır
Son təxribatlar fonunda Azərbaycanla Ermənistan arasında mümkün sülh prosesinin pozulması ilə bağlı fikirlər var. Ümumilikdə isə Ermənistanda sülhə yaxın və bunun qəti əleyhinə olan qüvvələr az deyil. Ermənistanın daxilində sülh əleyhinə olan qüvvələrlə yanaşı üçüncü dövlətlər və tərəflər də buna qarşıdır. Onlar istəmirlər ki, sülh yaransın.

Teref.az bildirir ki, bunu Teleqraf.com-a politoloq Fərhad Mehdiyev deyib.

O qeyd edib ki, həmin tərəflərin bu insidentləri yaratmaqla sülh prosesini pozmaq niyyətləri aşkardır:

“Ona görə də, bu cür təxribatlar bundan sonra da davam edəcək. Sülh müqaviləsi imzalandıqdan sonra təxtibatlar olacaq. Nikol Paşinyan sülhə imza atsa da revanşist qüvvələr gərginlik yaratmaq üçün təxribatlara yol açacaqlar. Bunun fonunda gərginliyin tez bir zamanda aradan qalxacağına inam azdır”.

Politoloq hesab edir ki, əslində bu hallar Nikol Paşinyanın hakimiyyəti konsolidasiya edə bilməməsi ilə bağlıdır:

“O əgər qüvvələrin çoxunu özünə tabe etdirə bilsəydi, bu cür təxribatlar daha az olardı. Baş verənlərin ümumi nəticəsi də məhz budur. Zəngəzur dəhlizi ətrafında baş verənlər də bu konteksdə daha çox diqqəti cəlb edir. Fakt odur ki, bu dəhlizin açılmasına qarşı olan qüvvələr olsa da, bunu istəyən tərəflər də var. Aparıcı Qərb dövlətləri, Çin, Rusiya Zəngəzur dəhlizi məsələsində maraqlıdırlar”.

Fərhad Mehdiyevə görə, bu kontekstdə Zəngəzur dəhlizi layihəsinin qarşısını almaq mümkün olmayacaq:

“Çünki bir layihənin arxasında böyük qüvvələr varsa, bunun qarşısını almaq mümkün olmur. Bu, zamanla həll edilir. Ona görə də, Zəngəzur dəhlizinin açılması daha realdır. Ümumilikdə isə Azərbaycanla Ermənistan arasında sülh prosesinin ləng getməsi kimi yanaşmalar da doğru deyil. Çünki bu əslində elə ləng gedən bir prosesdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.