Ekofəalların "ağır daşı"- ETİRAZ

22-06-2023, 12:29           
Ekofəalların "ağır daşı"- ETİRAZ
Gədəbəydə yaşanan xoşagəlməz insident fonunda bəziləri "Şuşa-Laçın yolunu kəsən ekofəallar hardadır", "Ekofəalların səsi niyə çıxmır" kimi fürsətcil statuslar fırladırlar.
Ekofəallardan biri mən. Aksiyanın ilk anından - yolun kəsilməsində iştirak etmişəm və bununla qürur duyuram.
Dünənki məlum görüntüyə SƏSİMİ ucaltmışam. Ekohərəkatda iştirak etmiş bir çox yoldaşların da bu yöndə rəylərini görmüşəm. (Eyni zamanda, DİN bu gün açıqlama yayaraq yaşlı qadına qarşı polis əməkdaşının hərəkətini ciddi qəbahət kimi qəbul etdiyini, məsələyə hüquqi qiymət veriləcəyini bildirib).
Bəs, sizin erməninin yolunu kəsən azərbaycanlı ictimai fəallarla, gənclərlə, könüllülərlə, media mənsubları ilə davanız, düşmənçiliyiniz nədir?
Ekofəallar sizin maraqlarınıza toxunan, quyruğunuzu tapdalayan hansı əməli törədiblər ki, bu qədər hiddətlisiz?
Ekofəallar Azərbaycan ərazisinə heç bir maneə olmadan girib-çıxan ermənilərin yolunu kəsdilər. Qarlı-şaxtalı qış aylarında, gecə-gündüz çöldə qalaraq erməninin saymazyana gəlib Şuşanın altından o yana-bu yana şütüməsinin qarşısını aldılar. Bu möhtəşəm hərəkatın nəticəsi olaraq Azərbaycan dövləti sonradan Laçında sərhəd keçib məntəqəsi qurdu.
İndi siz ekofəalların hərəkatını qaralamaqla, ermənilərin "Bu hərəkatı Azərbaycan dövləti təşkil etmişdi" tezisini təkrarlamaqla nəyə və kimə çalışırsız? İşlətdiyiniz "psevdo-ekofəallar" sözünü eynilə Paşinyan, Mirzoyan, Vardanyan da deyir. Sizin bu "yan"lardan fərqiniz nədir?
Bəli, hər şey ölçülüb-biçilmiş, mükəmməl təşkil edilmişdi. Hər şey bir anda baş verdi, yolun kəsilməsi də, bir göz qırpımında yolun içində çadırların qurulması, kranla Azərbaycan bayrağının qaldırılması, elektirik çəkilişi və s.
Bunda həzm edə bilmədiyiniz, sizi ağrıdan nədir axı?
İrəvandan avtomobilinə oturub heç bir maneə ilə üzləşmədən Xankəndinə gələn erməninin yolunun kəsilməyinə görə siz niyə narahat olursuz? Niyə sübut etməyə çalışırsınız ki, "siz əslində ekofəal deyildiniz"?
Bu xalqdan, bu ölkədən deyilsiz...
Aqil CamaL












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.