TƏXRİBAT YOXSA, MƏQSƏDLİ HƏYATA KEÇİRİLƏN “SÖYÜDLÜ” PLANI - BU NƏYƏ XİDMƏT EDİR? MÖVQE

22-06-2023, 15:12           
TƏXRİBAT YOXSA, MƏQSƏDLİ HƏYATA KEÇİRİLƏN “SÖYÜDLÜ” PLANI - BU NƏYƏ XİDMƏT EDİR? MÖVQE
Söyüdlü hadisələri bir mənalı olaraq çox mütəşəkkil şəkildə hazırlanaraq məqsədyönlü və planlı əsasda müəyyən güclər tərəfindən həyata keçirİlən bir oyundur.
Məqsəd də bəllidir.
Bu oyunda sadə kəndli və polis qurban rolundadır, rejissorlar isə arxa planda... Çünki bu oyunda nəticədə zərərçəkən, cəzalandırılan polis və sadə kəndli olacaq.
Oyunu hazırlayanlar hər bir detalı, cəmiyyətdə ciddi rezonans yaratma effektini belə çox dəqiqliklə hesablayıblar. Aksiya zamanı hazırlanan pankratlar, onun tərtibatı, polislə kəndçilər arasında toqquşma yaratma səhnəsi bunun sübutudur. Çünki belə mütəşəkkil aksiyanı belə bir səviyyədə təşkil etmək, onun cəmiyyətdə geniş informasiya dəstəyini təmin etmək və buna haqq qazandırmaq və sairə sadə kəndçinin imkanlarından xaricdir və mümkün deyil. Bütün bunlar bizə çox tanış səhnələrdir.
Digər məqam isə ondan ibarətdir ki, aksiya niyə məhz indi… Bu da ciddi məsələdir.
Oyunu hazırlayanlar ilkin olaraq öz məqsədlərinə nail oldular.
Bəs bu planı hazırlayanlar kimlər idi…
Bu plan hakimiyyət daxilində hansısa qüvvələr tərəfindən hazırlanıb və həyata keçirilməsinə, onun körüklənməsinə dəstək verilib. Əgər bu olmasaydı o cür mütəşəkkil aksiya keçirmək qeyri-mümkün idi və bunun üçün ciddi hazırlıq işləri gedib.
Məqsəd..
Bidincisi, hakimiyyətin, daha doğrusu Prezidentin yaxın gələcəkdə atacağı və ya həyata keçirəcəyi prosesə qarşı çıxmaq və bu yolla qarşısını almaq, buna mane olmaq… Bu güclər göstərmək istədi ki, istənilən vaxt ölkədə və istənilən bölgəsində xaos yarada bilərik.
İkincisi, hakimiyyətdaxili qüvvələrin nüfuz mübarizəsi və çəkişməsi;
Üçüncüsü, bölgə urğundan gedən savaşda bəzi xarici güclərlə, daxildə hakimiyyətdə təmsil olunan əlaltıları vasitəsi ilə birgə hərəkəti, maraqların təmin edilməsi uğrunda mübarizə;
Bura bir sıra digər amilləri də qeyd etmək olar.
Bəs hakimiyyət nə etdi…
Hadisələrə bir daha sübut etdi ki, hakimiyyətin bütün qolları belə spontan hadisələrin onun qarşısını ağıllı şəkildə almağa hazır deyil.
İnformasiya siyasətinin, baş verənlərə çevik formada ağıllı formada adekvat cavab verməsi sıfırdır. Trolluqla iş bitmir…
Hadisələrin belə həddə çatmaması üçün zamanında proflaktik tədbirlərin görülməməsi. Çünki bu problem uzun müddət idi ki. Davamlı olaarq kənd camamatı tərəfindən qaldırılıb, amma aidiyyatı dövlət qurumlarının məsələni qulaqardına vurması, laqeydliyi, kimsə cürət edə bilməz və sair kimi amillər məsələni bu həddə gətirib çıxadı. Hakimiyyət qurumlarının hadisələrin böhran vəziyyətini almasından sonra atdığı addımlar isə “qarının tumanbağısı” və “arxadan atılan daş topuğa dəyər” zərb-məsələsinə oxşayır. Bu da cəmiyyəti sakitləşdirmək üçün nə lazımi effekt verir, nə də rezonans doğurmur. Əslində əks effekt verir.
Kadrların yerində olmaması və əhali ilə işləyə bilməməsi. Həmin kadrlar ola bilsin hansısa ən nüfuzlu ali mətkəblərin sertifikatlarını ala bilər, müxtəlif xarici dillərdə danışa bilər, amma xalqın dilini bilmədiyindən xalqla işləmək təcrübəsi və bacarığı olmaz. Odur ki, hakimiyyət bütün bunlardan nəticə çıxarmalıdır. Çünki nəticədə dəyən dövlətə və xalqa dəyir. Söyüdlü hadisəsində olduğu kimi…
Murtaza Bunyadli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.