Zaporijye atom elektrik stansiyası yaxınlığında yaşayan ukraynalılar potensial təhlükəyə hazırlaşırlar

5-07-2023, 12:54           
Zaporijye atom elektrik stansiyası yaxınlığında yaşayan ukraynalılar potensial təhlükəyə hazırlaşırlar
Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporijye atom elektrik stansiyasının yaxınlığında yaşayan ukraynalılar Rusiyanın obyektə hücumu ilə bağlı xəbərdarlıqlardan sonra nüvə reaktorunun nüvəsinin potensial olaraq əriməsi və bunun fəsadlarına hazırlaşırlar.

Cəbhə xəttindəki Nikopol şəhəri Zaporijye atom elektrik stansiyasınndan 20 kilometr uzaqda yerləşir. Müharibə başlayandan bəri şəhərdə təxminən 50 min sakin qalıb. Onlar potensial nüvə təhlükəsinın yanında yaşamağa öyrəşiblər.

“Rusiya Zaporijye nüvə elektrik stansiyasını işğal edəndən dərhal sonra yerli rəsmilər belə bir hadisənin mümkün fəsadları barədə məlumatlandırma kampaniyaları aparmağa başladılar. Hətta o zaman radiasiyanın təsirindən özünüzü qorumaq üçün Nikopol xəstəxanalarında kalium yodid ala bilərdiniz,” Nikopolda yaşayan jurnalist Mikita Sayenko deyir.

Sayenko deyir ki, yerli sakinlər sakit idi. Ancaq Ukraynanın kəşfiyyat idarəsinin rəhbərinin rusların nevə obkyetini minalamaq və əriməyə səbəb olmaqla bağlı planları təsdiq etdiyinə dair xəbərdarlıqlarından sonra onlar mümkün evakuasiyaya hazırlaşırlar.

“Mənim ailəm evi tərk etməli olduğumuz an yanımızda aparmaq üçün lazım olan şeyləri- sənədlər, pul və zəruri əşyaları toplayır,” o deyir.

Mümkün faciə ilə əlaqədar vəziyyəti izləyən alimlər deyir ki, ən çox radioaktiv çirklənmə təhlükəsi altında stansiya yaxınlığındakı Nikopol və Enerhodar şəhərləridir.

“Evakuasiya zonası 30, bəlkə də 20, hətta 10 kilometrdən çox olmayacaq,” Fukuşima Universitetindən Mark Jeleznyak deyir.

Ancaq Ukrayna rəsmiləri onun daha böyük olacağını təxmin edir.

“Biz ən pis ssenariyə hazırlaşırıq: çirklənmə zonası 50 kilometrdən böyük olacaq. Bu, o deməkdir ki, dörd bölgə təsirə məruz qalacaq,” Ukrayna energetika nazirinin müavini Yuri Vlasenko deyir.

Buna təxminən 800 min sakini olan və stansiyadan 50 kilometr uzaqda yerləşən Zaporijye daxildir.

Əczaçılıq sahəsində işləyən Zaporijye sakini Viktor Qokun deyir ki, apteklərdə kalium yodid yoxdur. Bu duz radiasiyaya məruz qalanlara qalxanabənzər vəzilərini qorumağa yardım edir.

“O, başlanğıcda, stansiya işğal edildiyində artıq tükəndi, çünki insanlar o zaman ondan mümkün qədər çox almağa çalışdılar.”

Viktorun iki övladı var və o artıq fəlakətə hazırlaşıb.

“Bizim bir aylıq su və ərzağımız var. Maşınlarımızın benzin çəni həmişə tam doludur,” o deyir.

İyunun 29-da Ukrayna ətraf regionlarda nüvə faciəsinə cavab tədbirləri ilə əlaqədar təlimlər keçib.

Müttəxəssislər xəbərdarlıq edir ki, nüvə reaktorunun əriməsi yerli sakinlərə birbaşa risk törtəməklə yanaşı kənd təsərrüfatı və Ukraynanın əsas çayı olan Dniproya böyük təhlükə yarada bilər.

“Radioaktiv material əkin sahələrini çirkləndirə bilər və həmçinin əkinlərin təhlükəsiz olmama ehtimalını artıra bilər," Narahat Alimlər Birliyindən Edvin Liman deyir.

“Mümkündür ki, Dnipro çayının sahilləri çirklənsin və Qara dənizə gedən yolda radionuklidlər olsun və onun bütün sahilləri çirklənsin," nüvə təhlükəsizliyi üzrə tədqiqatçı Olena Pareniuk deyir.

Zaporijye atom elektrik stansiyası avropada ən böyük stansiyadır və ötən ilin mart ayından bəri rusların işğalı altındadır.

amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.