Separatçılar bilirlər ki, Rusiya hərbi kontingentinin müşayiəti olmasa ...

6-07-2023, 08:04           
Separatçılar bilirlər ki, Rusiya hərbi kontingentinin müşayiəti olmasa ...
Ermənistanın baş naziri Nikol Paşinyan yenə Rusiya prezidenti Vladimir Putinə zəng edib. Kremldən yayılan açıqlamada, telefon danışığının Nikol Paşinyanın təşəbbüsüylə gerçəkləşdiyi bildirilib. Paşinyanın narahatlığı bölgədə gərginliyin artmasıyla bağlıdır. Paşinyan Azərbaycanın Qarabağda anti-terror əməliyyatına başlaya biləcəyindən narahatdır. Onun Putinə zəngi xəbərçilik anlamı daşıyır. Halbuki, Putinə bölgədəki vəziyyət barədə hər gün kəşfiyyat məlumatları çatdırılır və onun Paşinyanın məlumatlarına ehtiyacı yoxdur. Qarabağ separatçıları əvvəlkitək Rusiya hərbi kontingentinin müşayiəti ilə bir məntəqədən o birisinə silah daşımaqda davam edirlər. Bu təxribatın sadə səbəbi var. Separatçılar bilirlər ki, Rusiya hərbi kontingentinin müşayiəti olmasa hərbi texnikaları havadan vurulacaq. Erməni separatçılarını müşayiət edən Rusiya hərbi kontingenti Kreml sahibinin əmrini yerinə yetirir.
Elxan Şahinoğlu
tEREF.AZ












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru