Energetika naziri səudiyyəli həmkarı ilə görüşüb

6-07-2023, 18:31           
Energetika naziri səudiyyəli həmkarı ilə görüşüb
Vyanada OPEC tədbiri çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud arasında görüş olub.

Görüşdə “OPEC plus” və ikitərəfli formatda enerji əməkdaşlığı məsələləri müzakirə edilib. Qlobal neft bazarının cari vəziyyəti, tənzimləmə prosesi çərçivəsində hasilatın könüllü azaldılması ilə bağlı həyata keçirilən tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. Gələcəkdə enerji bazarlarında qeyri-sabitlik və enerji çatışmazlığı probleminin yaranmaması üçün dialoqa əsaslanan çoxtərəfli əməkdaşlığın əhəmiyyəti qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru