Sülhə aparan əsas yol həm də məmləkətdə hüquqlarımızı artıran yeni Konstitusiya dəyişkliklərindən keçir.

13-07-2023, 10:14           
Sülhə aparan əsas yol həm də məmləkətdə hüquqlarımızı artıran yeni Konstitusiya dəyişkliklərindən keçir.
Prezidentin dünənki çıxışı haqqında:
- Gədəbəydə insanların etiraz etmə hüququn olduğunu, haqlı olaraq etiraz etdiklərini söylədi – yaxşı mənada təəccübləndim,
- Hüquq-mühafizə orqanlarını müdafiə etdi – təəccüblənmədim, zatən gözlənilən və anlaşılandır. Hakimiyyəti onları, onları da hakimiyyət qoruyur,
- Ölkədə ilk 6 ayda qeyri-neft sənayemiz 6,5 faiz artığını və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artığını söylədi – təəssüfləndim, çünki bu rəqəmlərin heç bir elmi əsası yoxdur, qeyri-neft iqtisadiyyatı anlayışı yanlışdır, resurs-qeyri-resurs anlayışına keçmək lazımdır. Qeyri-neft ÜDM-də artımı lokomotivi də elə neftdir – neftdən gələn vəsait büdcəyə daxil olur, büdcədən təmir-tikinti, infrastuktur layihələrinə xərclənir, bu da multiplikativ effekt isə ÜDM-in artımına təsir edir, adını da “qeyri-neft” sektoru qoyurlar,
- Mütləq rəqəmlərdə xarici borcumuzun cəmi 6,7 milyard dollar olduğunu söylədi, amma bu da metadaloji yanlışlıqdır, çünki dövlət şirkətlərinin xarici borcunu nəzərə almırlar, halbuki, bütün o borclara Dövlət zəmanəti verilib və faktiki olaraq dövlətin borcudur – məsələn, bir neçə il əvvəl Beynəlxalq Bankla bağlı 3 mlrd. dollarlıq xarici borcu Dövlət qarşıladı,
- Sülh müqaviləsinin tezliklə bağlanlası üçün işlərin getdiyini söylədi – bu xətt doğrudur, sülh istəmək, sülhə nail olmaq Azərbaycanın beynəlxalq hüquqa uyğun apardığı xəttə uyğundur. Müharibə təhlükəsi və ritorikası zatən investora möhtac məmləkətimizdən potensial investorları da aralı salır. Amma sülhə aparan əsas yol həm də məmləkətdə hüquqlarımızı artıran yeni Konstitusiya dəyişkliklərindən keçir.
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.