Meşə torpaqlarının kafe-restoranlar üçün icarə verilməsi dayandırılıb

14-07-2023, 17:12           
Meşə torpaqlarının kafe-restoranlar üçün icarə verilməsi dayandırılıb
"Azərbaycanda meşə torpaqların kafe-restoranlar üçün icarəyə verilməsi dayandırılıb".

Bu sözləri Qaynarinfo-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsinin icraçısı Cabbar Qəribov deyib.

O bildirib ki, hazırda turizm-rekreasiya resursları üçün icarə verilmə prosedurunun dayandırılmasına səbəb indiyənədək icarəyə verilən iaşə obyektlərinin ərazilərinin kadasdırının hazırlanmasıdır:

"Hazırda bununla əlaqədar məlumat sistemi yaradılır. Komissiya yerlərdə yoxlama aparır. Obyektlərdə hazırda araşdırma gedir. Nə qədər ərazi icarəyə verilib və nə qədər ərazi zəbt edilib. Bunun reyesteri çıxarılacaq. Bununla yanaşı, icarə verilən torpaqlarda bütün tikililər uçota alınır. Müqavilədən kənar zəbt olunmuş torpaqlara görə əlavə icarə haqqı alınacaq. Yaxud müvafiq hesab olunmursa, ərazi boşaldılacaq”.

Cabbar Qəribov deyib ki, son iki ildə Azərbaycanda meşə fonu ərazisində icarəyə verilən 18 restoran və kafe işlədən obyekt sahibləri ilə müqaviləyə xitam verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.