Sabiq icra başçısı yeni yaradılacaq dövlət qurumuna rəhbər gətirilir
30-06-2016, 11:10
Son bir il ərzində müxtəlif məhsullar, xüsusilə də ərzaq mallarının bahalaşması davam edir. İnsanların alıcılıq qabiliyyəti ərzaq məhsulları istehsalçıları və idxalçılarını müvafiq addımlar atmağa, bazara daha münasib qiymətə olan mallar təqdim etməyə məcbur edir. Qiymətlərin münasib olması isə bir sıra hallarda məhsulların keyfiyyətinin pisləşməsi hesabına balanslaşdırılır.
Əslində bazarda aşağı keyfiyyətli məhsullar həmişə olub, bu isə qida təhlükəsizliyinə ciddi problemdir. Bu problemlərin aradan qaldırılması və qida təhlükəsizliyi sahəsində ciddi addımlarım atılması məqsədilə yaxın vaxtlarda Azərbaycanda yeni dövlət qurumunun - Qida Təhlükəsizliyinə Nazarət Agentliyinin yaradılması gözlənilir. Bu barədə Modern.az saytına hökumətdəki mənbədən məlumat daxil olub.
Bildiridiyinə görə, yeni qurum Səhiyyə Nazirliyinin Sanitar Epidemioloji Nəzarət sektorunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bəzi şöbələri və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin bazası əsasında yaradılacaq.
Yeni Agentliyin yaradılması Azərbaycanda dövlət qurumlarında islahatların aparılması, idarəetmənin və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində həayata keçiriləcək.
Məlumatda o da qeyd edilir ki, yeni yaradılacaq quruma bir müddət əvvəl Göyçay rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Mübariz Ağayev rəhbər gətiriləcək.