Eldar Mahmudovun açdığı saytlar bağlanıb

1-07-2016, 11:20           

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və şəbəkəsinin nəzarət etdiyi, müxalifətə qarşı qara piar kampaniyası üçün istifadə edilən saytlar fəaliyyətini dayandırıb.

teref.az xəbər verir ki, bu haqda məlumatı Azadliq.info yayıb. Xəbərdə bildirilir ki, həmin saytlar Eldar Mahmudovda ölkənin tanınmış şəxsləri və məmurlar barədə 2800 ədəd intim videonun olması barədə məlumatdan sonra qapadılıb.

Məlumatda deyilir ki, həmin saytları bağlamazdan əvvəl onları işlədən, Eldar Mahmudovun yaratdığı şəbəkənin üzvləri olan şəxslərlə sərt söhbət aparılıb. Onlardan saytları dərhal bağlamaq tələb olunub. Eyni zamanda onlara xəbərdarlıq edilib ki, hansısa saytda hər hansı kompramat yayılacaqsa, məsuliyyəti onlar daşıyacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru