İlham Əliyev Bodrumda helikopterlərin müşayiəti ilə istirahət etdi

1-07-2016, 17:00           
İlham Əliyev Bodrumda helikopterlərin müşayiəti ilə istirahət etdi
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın dünən Bodrumda qaldığı oteldə istirahət etməsi Türkiyə mediasının marağına səbəb olub.
Sözçü.com saytının məlumatına görə, Əliyev Bodrum aeroportundan 12 avtomobildən ibarət olan karvanın və havadan helikopterlərin müşayiəti ilə otelə daxil olub. Azərbaycan prezidenti və xanımı 3 gün boyunca sahilə enməyib. Dünən isə ilk dəfə sahilə düşən Əliyev türk jurnalistlərin gözündən yayınmayıb.
İlham Əliyev dənizə girdiyi vaxt sahildə geniş təhlükəsizlik tədbirləri görülüb. Belə ki, şəxsi qorumaları dənizin ətrafında onu qoruyublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru