Dövlət başçısı İlham Əliyev Belarus prezidentini təbrik edib

2-07-2016, 20:14           
Dövlət başçısı İlham Əliyev Belarus prezidentini təbrik edib
Azərbaycan prezidenti İlham Əliyev milli bayram – Müstəqillik Günü münasibətilə Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb.

APA-nın xəbərinə görə, məktubda Azərbaycan və Belarusu tarixən təşəkkül tapan dostluq və əməkdaşlıq münasibətlərinin bağladığı vurğulanıb: “Sevindirici haldır ki, bizim hərtərəfli əməkdaşlığımız bu gün də dinamik inkişaf edir, Azərbaycan ilə Belarusun çoxplanlı qarşılıqlı fəaliyyətinə hər cəhətdən kömək edir.

Əminəm ki, xalqlarımızın maraqları, ölkələrimizin inkişafı naminə birgə səylərimiz Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlığın bundan sonra da möhkəmlənməsinə və genişlənməsinə yönələcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru