25 ildir davam edən münaqişənin həllinin vaxtı çatıb - Novruz Məmmədov
2-07-2016, 20:24
Aprel döyüşləri danışıqlar prosesinə təsirsiz ötüşməyib.
teref.az xəbər verir ki, Prezident Adminstrasiyasının rəhbərinin müavini Novruz Məmmədov ANS-ə eksklüziv açıqlamasında bildirib ki, bu döyüşlər münaqişənin dondurulmamış olduğunu sübut etdi.
“Son hadisələrdən, Ermənistan tərəfinin törətdiyi təxribatdan dünya gördü ki, bu münaqişə dondurulmuş münaqişə deyil. Birdən birə alışıb yana bilər. Bundan başqa, Azərbaycan prezidentinin müxtəlfi ölkələrlə, həm Avropa, həm Rusiya, həm Türkiyə, həm də İranla apardığı siyasət göstərir ki, 25 ildir davam edən münaqişənin həllinin vaxtı çatıb. Bu münaqişənini həllinə bu gün çox böyük diqqət var. Beynəlxalq aləmdə, beynəlxalq münasibətlərdə, həm həmsədrlərə, həm də həmsəd dövlətlərinin rəhbərlərinin mövqeyindən görünür ki, irəliyə bir addım atmaq cəhdi var”,- deyə Novruz Məmmədov vurğulayıb.