Rusiya sülhməramlılarının erməniləri Xocalıdan yük avtomobilləri ilə çıxardır

24-09-2023, 08:54           
Rusiya sülhməramlılarının erməniləri Xocalıdan yük avtomobilləri ilə çıxardır
Rusiya sülhməramlılarının erməniləri Xocalıdan yük avtomobilləri ilə çıxardığına dair görüntülər yayılıb,
Ağdərədən çıxan ermənilər də evləri yandırdırır. Prosesi belə təxmin etmək mümkündür: Xocalı və Xocavənd, eləcə də keçmiş Ağdərə rayonunun ərazisi Azərbaycan ordusuna təhvil verilir, ermənilər əsasən Xankəndi və ətrafında yerləşir, sülhməramlıların fəaliyyət traektoriyası da Xankəndi ətrafına qədər daralır.
Antiterror tədbirləri zamanı Ermənistana getmək istəyən ermənilərə təhlükəsiz şərait yaradılmışdı. Hələ də getmək istəyənlər var, xüsusilə digər ərazilərdən Xankəndinə aparılanların orada qalmaq istəməyəcəyi, Ermənistana gedəcəyi gözləniləndir. Bununla yanaşı, xəstəlik adı ilə Ermənistana gedib qayıtmayanlar var. Bölgənin silahsızlaşdırılması başa çatdıqdan sonra ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməsi məsələsinin aktuallaşacağı gözləniləndir. Daxili İşlər Nazirliyi də vətəndaşlıq üçün müraciət edənlərin olduğunu açıqlayıb. Birgəyaşayışın təmini, Xankəndində mərkəzi hakimiyyətin bərpası prosesi tamamlana qədər sülhməramlılar bölgədə qalacaq, amma vətəndaşlıq məsələsi yaxın dövrdə həll edilməlidir, bu həm də erməni əhalisinin normal həyatının təminatı üçün zəruridir, əks təqdirdə, onların təminatında, eləcə də Ermənistana gedib, daha sonra geri qayıtması məsələsində problemlər yarana bilər.
Asif Nerimanli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.