Azərbaycanın İrandakı səfiri Qarabağla bağlı acı xatirələr və bugünkü reallıqlar barədə paylaşım etdi - VİDEO

29-09-2023, 16:53           
Azərbaycanın İrandakı səfiri Qarabağla bağlı acı xatirələr və bugünkü reallıqlar barədə paylaşım etdi - VİDEO
Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə 30 il əvvəl Qarabağın işğalı zamanı evlərindən qovulan azərbaycanlılarla, bu gün iqtisadi rayonun erməniəsilli sakinlərinə rəsmi Bakı tərəfindən verilən imkanlar arasında paralellər aparıb.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı o, özünün “X” hesabında paylaşım edib.

“1990-cı illərin əvvəlinin acı xatirələri. Azərbaycanlılar Qarabağdan zorla qovulurlar. 2023-cü ilin reallıqları. Bütün bu faktlara baxmayaraq, Azərbaycan erməniləri Qarabağı tərk etməməyə və çoxmillətli Azərbaycanın bir hissəsi olmağa çağırır”, - deyə diplomat bildirib və paylaşımına dediklərinin əyani sübutu olan video əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.