Astronavtlar kosmosda qadağan olunmuş təcrübəni həyata keçirdilər - VİDEO

30-09-2023, 15:14           
Astronavtlar kosmosda qadağan olunmuş təcrübəni həyata keçirdilər - VİDEO
Kosmik stansiyalarda açıq atəşlə təcrübələr aparmaq qadağandır. BKS-də sərt qaydalar 1997-ci ildə Rusiyanın “Mir” stansiyasında baş verən kütləvi yanğından sonra yaranıb.

Bununla belə Çinin “Shenzhou 16” missiyasından olan astronavtları “Tiangong” kosmik stansiyasında kibrit yandırıblar. Çinli astronavtların “Tiangong sinfi” adlı mühazirəsi beş məktəbə canlı yayımlanıb.

Bildirilir ki, mühazirə zamanı Guy Hayçao və Çju Yanşju alovun mikroqravitasiyada necə yandığını göstərmək istəyiblər. Dərc olunan videoda alovun aşağı doğru yayıldığı görünür.
Qeyd edək ki, Yer üzündə alov konveksiya ilə əmələ gəlir: isti hava yüksəlir və soyuq hava aşağı yayılır. Lakin Yer orbitində mikroqravitasiya şəraitində alov zəifdir və bütün istiqamətlərə yayılaraq sferik atəş topları əmələ gətirir.

Mənbə: Fokus












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru