Kolumbun Amerikanın kəşfi barədə məktubu satışa çıxarılacaq - FOTO

1-10-2023, 13:05           
Kolumbun Amerikanın kəşfi barədə məktubu satışa çıxarılacaq - FOTO
1493-cü ildə Xristofor Kolumb İspaniyadakı kral xəzinədarı Luis de Santangele məktub yazıb. Avropaya qayıtdıqdan sonra yazılan məktubda deyilir:

“Möhtərəm kral və kraliça tərəfindən mənə verilən donanma ilə Hindistana getdim, orada saysız-hesabsız insanların yaşadığı çoxlu adalar kəşf etdim”.

Kolumbun bioqrafı professor Felipe Fernandez-Armesto bu məktubu “həqiqətən dünyanı dəyişdirən” səyahətin ilk hesabatı kimi qiymətləndirir.

Qədim mətbəədə çap olunmuş bu məktubun 1493-cü ilə aid nadir latın dilindən tərcüməsi oktyabrda “Christie's”də hərraca çıxarılacaq.

Onun ən azı 1,5 milyon dollara satılacağı gözlənilir.


Mənbə: octagon.media












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.