İranlı hakerlər Trampın məktubları üçün ABŞ-də alıcılar tapıblar

26-10-2024, 17:14           
İranlı hakerlər Trampın məktubları üçün ABŞ-də alıcılar tapıblar
İranlı hakerlər ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın elektron məktublarını satışa çıxarıblar.

Bu barədə "Reuters" məlumat yayıb.

Qeyd olunur ki, Demokratlar Partiyasından olan siyasətçilər nəhayət ki, məktublarla maraqlanıblar.

Agentliyin məlumatına görə, məktublar özünün "American Muckrakers" siyasi fəaliyyət komitəsinin saytında çoxlu material dərc edən Demokratlar Partiyasının siyasi xadimlərindən birinə satılıb. Bundan başqa, məktublar müstəqil jurnalistlərin marağına səbəb olub və jurnalistlərdən biri məktubları "Substack" platformasında paylaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru