Hansı ayda doğulan uşaqlar daha zəkalı olurlar? - Alimlərdən maraqlı araşdırma

26-10-2024, 18:14           
Hansı ayda doğulan uşaqlar daha zəkalı olurlar? - Alimlərdən maraqlı araşdırma
"Uşaqların doğum ayı onların zəka inkişafına təsir edir".

"Haber Global"-ın verdiyi məlumata görə, ABŞ-li alimlər bir milyon şagirdin məlumatlarını araşdırdıqdan sonra belə qənaətə gəliblər.

Onlar uşaqların doğum ayı ilə zəka səviyyəsi arasında potensial əlaqəni araşdırıblar. Məlum olub ki, sentyabrda doğulan uşaqlar akademik nailiyyətləri ilə seçilirlər - bu ayda doğulan şagirdlərin məktəb performanslarının digərlərinə nisbətən daha uğurlu olduqları aşkar edilib.

Tədqiqata görə, bu şagirdlər həm orta məktəb və lisey səviyyəsində, həm də universitet səviyyəsində ən yüksək qiymətlər alıblar.

Avqust ayında doğulan uşaqlar isə, bir qayda olaraq, akademik cəhətdən daha az uğurlu hesab ediliblər. Bunun müqabilində onlar idman sahəsində böyük uğur qazanıblar. Xüsusilə futbol və basketbol kimi idman növlərində ulduz oyunçuların əksəriyyətinin avqust ayında dünyaya gəldiyi müəyyən edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru