İranın həbsdə olan Nobel Sülh Mükafatı laureatı daha 6 ay müddətinə azadlıqdan məhrum edilib
26-10-2024, 15:34
İran hakimiyyəti Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədiyə əlavə altı ay həbs cəzası verib. Bu barədə fəalı dəstəkləyən qrup məlumat verib.
“Nərgizi Azad Et Koalisiyası” cümə axşamı yaydığı bəyanatında Məhəmmədinin oktyabrın 19-da “itaətsizlik və müqavimət göstərmək” ittihamı ilə əlavə altı ay həbs cəzasına məhkum edildiyini bildirib.
Bəyanata görə, ittiham Məhəmmədinin avqustun 6-da Evin həbsxanasının qadın şöbəsində daha bir siyasi məhbusun edamına etiraz etməsindən sonra irəli sürülüb.
Məhəmmədi 2003-cü ildə hüquq müdafiəçisi Şirin İbadidən sonra Nobel Sülh Mükafatını qazanan ikinci iranlı qadın, ümumilikdə isə 19-cu qadındır. 52 yaşlı Məhəmmədi İran hakimiyyəti tərəfindən çox sayda həbslərə və illərini barmaqlıqlar arxasında keçməsinə baxmayaraq, fəallığını davam etdirib.
O, cəzasını siyasi məhbusların və Qərblə əlaqələri olanların saxlanıldığı İranın məşhur Evin həbsxanasında çəkir. O, artıq 30 aylıq həbs cəzasını çəkdikdən sonra cəzasına yanvar ayında daha 15 ay əlavə edilib. İran hökuməti ona qarşı əlavə cəzanın irəli sürüldüyünü qəbul etməyib.
Son qərar İran teokratiyasının 2023-cü ilin oktyabrında hökumətin onu illər boyu hədəf alan kampaniyasına baxmayaraq, fəallığına görə Nobel mükafatına layiq görülməsinə qəzəbini əks etdirir.
Məhəmmədi keçən il polis nəzarətində olan 22 yaşlı qadının ölümünün səbəb olduğu və İranın teokratik hökumətinin üzləşdiyi ən gərgin çətinliklərindən birinə çevrilən qadınların rəhbərlik etdiyi ümummilli etirazlar üçün aparıcı işıq oldu. Həmin qadın - Məhsa Əmini baş örtüyünü hakimiyyət orqanlarının istədiyi kimi örtmədiyinə görə saxlanılmışdı.
Bəyanatda Məhəmmədinin qeyd-şərtsiz azadlığa buraxılması tələb edilib və onun həbsdə olduğu uzun müddətdə səhhətinin kəskin şəkildə pisləşdiyi və ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilib.