Mobil operatorlar Xankəndində fəaliyyətə başlayıblar. Amma ?

2-10-2023, 00:01           
Mobil operatorlar Xankəndində fəaliyyətə başlayıblar.  Amma ?
Azercell, məlumata görə digər mobil operatorlar da Xankəndi və ətraf ərazilərdə fəaliyyətə başlayıb.
Düşünmək olar ki, operatorlar ətraf ərazidə mövcud baza stansiyaların gücünü artırmaqla bərabər, həm də mobil (daşınan) baza stansiyalardan da istifadə edirlər.
Burada diqqət çəkən, ictimai əhəmiyyət kəsb edən məsələ həm də odur ki, görəsən bu operatorlar Ermənistan kodu ilə işləyən Karabakh Telecom operatorunun infrastrukturundan istifadə edirlərmi?
Görəsən hansı operator Karabakh Telekocom infrastrukturundan (baza stansiyalar və yerləşdiyi ərazilər, fiber-optik infrastruktur, generatorlar, xidmət mərkəzləri və s.) bəhrələnə bilib ?
Yoxsa, hələlik bu infrastruktur nəzarət-yoxlama altındadır?
Xatırlayıram ki, ötən illərdə bu infrastrukturdan istifadə üçün daha çox Azercell-ə münbit şərait yaradılmışdı.
Əlbəttə, anlaşılandır ki, indiki anda bölgədə mülki qurumlar deyil, hərbi-inzibati qurumlar vəziyyətə nəzarət edirlər.
Güman ki, telekommunikasiya infrastrukturunun qurulması da bu qurumların nəzarəti altında gerçəkləşir.
Düşünürəm ki, Xankəndi və ətraf ərazilərdə telekommunikasiya və mobil infrastrukturunun, poçt rabitəsinin, nömrə resurslarının, internet infrastrukturun yenidən qurulması üçün kompleks tədbirlər həyata keçirilməlidir.
RİNN, İKTA bu sahədə bərabər imkanlar, rəqabətli şərait yaratmalıdır.
Yeri gəlmişkən, görəsən Karabakh Telecom-un taleyi necə oldu? Onun sonuncu sahibi Araik Arutunyan indi haradadır görən ? Bu gün Baş prokuror Kamran Əliyev Araikin beynəlxalq axtarışa verildiyini də açıqlayıb.
Osman Gunduz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.