İran XİN: “Azərbaycanın Tehrandakı səfirliyinin işinin tezliklə bərpasına ümid edirik”

2-10-2023, 19:23           
İran XİN: “Azərbaycanın Tehrandakı səfirliyinin işinin tezliklə bərpasına ümid edirik”
“Tehran və Bakı yanvarın 29-da hücumdan sonra fəaliyyətini dayandıran Azərbaycanın İrandakı diplomatik missiyasının işinin bərpasını tezliklə müzakirə etməyi planlaşdırır”.

Bu açıqlama ilə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Naser Kənani Çafi çıxış edib.

O bildirib ki, Azərbaycan rəsmilərinin İrana səfəri ilə bağlı planlar koordinasiya mərhələsindədir.

Bununla belə, XİN sözçüsü dəqiq tarixi açıqlamayıb.

“Sizi əmin edirəm ki, bizim gündəliyimizdə Azərbaycan səfirliyinin işinin bərpası və Cənubi Qafqazda baş verən hadisələr kimi ciddi məsələlər var. Azərbaycanlı diplomatların Tehrana qayıtması yaxşı əlamət olardı və biz ümid edirik ki, tezliklə bunun baş verdiyini görə biləcəyik”, - deyə Naser Kənani Çafi vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru