Rəsmi Bakı nəyin bahasına olursa-olsun Rusiya hərbi kontingentin Qarabağdan çıxaracaq

3-10-2023, 08:24           
Rəsmi Bakı nəyin bahasına olursa-olsun Rusiya hərbi kontingentin Qarabağdan çıxaracaq
2025-ci ildə Rusiya sülhməramlıları Azərbaycanı tərk edəcəkmi? Qərb mətbuatına açıqlama verən bəzi azərbaycanlı siyasi təhlilçilər sual edir ki, Rusiya Azərbaycanın keçirdiyi anti-terror əməliyyatına icazə verib, ancaq nəyin müqabilində? Onlar zənn edir ki, Rusiya sülhməramlılarının 2025-ci ildən sonra da Qarabağda qalması rəsmi Moskva üçün cəlbedici ola bilərdi. Mən bu fikri qətiyyən bölüşmürəm. Düşünürəm ki, rəsmi Bakı nəyin bahasına olursa-olsun Rusiya hərbi kontingentin Qarabağdan çıxaracaq. Çıxarmasa, bu, Azərbaycan xalqı tərəfindən, elə Türkiyə tərəfindən də ciddi narazılıqla qarşılanacaq...
Sirr deyil ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxması üçün Azərbaycan və Ermənistan 6 ay əvvəl bu məsələ ilə bağlı qərar verməlidir. Qərb Rusiya qoşunlarının Qarabağdan, bütövlükdə Cənubi Qafqazdan çıxmasını istəyir. Son vaxtlar Ermənistan Qərbə doğru ciddi addımlar atıb, Rusiyaya qarşı kəskin çıxışlar edib. İstisna deyil ki, Qərb Ermənistanın əli ilə Rusiyanı Qarabağdan çıxarsın. Düşünün ki, Ermənistan Qərbin təzyiqi ilə Rusiya qoşunlarının çıxmasını tələb etsə, Azərbaycan nəzəri baxımdan istəsə belə Rusiya qoşunlarını Qarabağda saxlaya bilməz. Hə, Azərbaycan rusları başqa bir ərazisinə, başqa bir statusda yerləşdirə bilər. Ancaq mən buna qətiyyən inanmıram. Inanmaram ki, İlham Əliyev Rusiya sülhməramlılarının Qarabağda qalmasına yaşıl işıq yandırsın.
Ancaq o fikirlə razıyam ki, Rusiya anti-terror əməliyyatına nəyinsə-son dərəcə ciddi bir güzəştin müqabilində razılıq verib. Mən o “nəyinsənin” nə olduğunu bilmirəm. Ola bilər ki, kimlərsə bilir. Bilən varsa, lütfən, yazsın...
Bizim analitiklərin bu fikri də maraqlıdır. Onlar zənn edir ki, Rusiya Qarabağda qalan erməniləri Xankəndinə yığacaq. Azərbaycan formal olaraq Xankəndini idarə edəcək. Əslində isə şəhərin idarəçiliyi Rusiyanın əlində olacaq. Mən bu fikri də real saymıram...
2025-ci ilə hələ 2 il var. Bu zaman kəsiyində çox şey başa verə bilər. Məsələn, 2024-cü ilin sonunda Donald Tramp yenidən Amerikanın prezidenti seçilə bilər. Rəsmi Moskva bu ehtimala Putin Rusiyasının xilası kimi baxır...
Məndən olsa, 2-3 ay sonra, yəni Qarabağda hər şey öz axarına düşən kimi Rusiya qoşunlarının Azərbaycandan çıxarılması üçün müvafiq addımlar atılmalıdır. Dəmiri iti-isti döysək yaxşıdır...
Elbeyi Hesenli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.