Selçuk Bayraktardan Prezidentə maraqlı hədiyyə (VİDEO)

3-10-2023, 10:36           
Selçuk Bayraktardan Prezidentə maraqlı hədiyyə (VİDEO)
Ötən gün Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib.

Tədbirə Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və oğulları Heydər Əliyev də qatılıb.

Mərasimdə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar İlham Əliyevə maraqlı hədiyyə verib.

Bayraktar İlham Əliyevə kiçik ölçülü pilotsuz uçuş aparatının maketini hədiyyə edib. PUA üzərində İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın imzaları da yer alıb.

Həmin görüntüləri təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru