OPEC: Gələn il Azərbaycanda gündəlik neft hasilatı azalacaq

12-07-2016, 22:52           
OPEC: Gələn il Azərbaycanda gündəlik neft hasilatı azalacaq
2016-cı ildə Azərbaycanda sutkalıq neft hasilatı 0,85 mln. barrel təşkil edəcək ki, bu da 2015-ci illə müqayisədə 10 min barrel/sutkada azdır. Bu barədə OPEC-in hesabatında deyilir.

Hesabata əsasən, iyun ayında sutkalıq hasilat may ayı ilə müqayisədə 10 min barrel azalaraq 0,78 mln. barrelə çatıb. Ötən ilin iyun ayı ilə müqayisədə isə bu ilin iyun ayında hasilat 20 min barrelə artıb.

OPEC bildirir ki, Azərbaycanda hasil olunan neftin əsas mənbəyi “Azəri-Çıraq-Günəşli” yataqlar blokudur.


“Yeni layihələrin olmaması səbəbindən 2017-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 40 min barrel azalacaq”, – deyə sənəddə bildirilir.

(apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru