Canyataqda açılan atəş: - Ağdərədə terrorçu qruplar var?

3-10-2023, 17:29           
Canyataqda açılan atəş: -
Dünən Rusiya Müdafiə Nazirliyi açıqlama yayaraq, Qarabağda naməlum şəxsin snayper tüfənglə Rusiya-Azərbaycan Birgə Patrul Xidmətinin atəşə tutulduğunu bildirib. Teref.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, sözgüedən birgə xidmət son antiterror əməliyyatlarından sonra Bakı və Moskva arasında razılaşmaya əsasən yaradılıb.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Lakin hadisənin harada baş verməsi olduqca maraqlıdır. Belə ki, rəsmi xəbərdə hadisənin Tərtər rayonun Çanyataq kəndi ərazisində baş verdiyi bildirilir.

Qeyd edək ki, Canyataq kəndi Ağdrədə bölgəsində yerləşir. Azərbaycan Ordusu son antiterror əməliyyatı zamanı bu torpaqları terrorçulardan təmizləyib. Bir günlük döyüşlərdə məğlub olan düşmən silahları təhvil verməsini və ərazidən çıxmasına razılaşıb. Amma hadisədən 10 gün keçdikdən sonra Ağdərədə hərbçilər atəşə tutulur.

Bu o deməkdir ki, Ağdərədə erməni terrorçularının qalıqlarının qalması mümkündür. Yüksək dağlıq ərazi, meşəlik, releyfin çətinliyi və ən əsası terrorçuların bu bölgəyə yaxşı bələd olması, onların gizlənməsi üçün imkanlar yarada bilər. Elə son hadisə də təsdiqləyir ki, terrorçu qrupların Ağdərədə olması istisna deyil.

Onu da qeyd edək ki, antiterror əməliyyatlarından sonra bəzi erməni mənbələri terrorçuların bir qisminin silahı yerə qoymaq fikrində olmadıqlarını bildiriblər. Həmin məlumatlarda vurğulanırdı ki, mövcud razılaşma ilə barışmayan qruplar “pratizan müharibəsi” aparmaq niyyətlərinin olduğunu bildiriblər. Görünür, həmin qalıqlar Ağdərədəki meşəlik və dağlıq ərazilərdə əvvəlcədən özləri üçün hazırladıqları gizli “sığıanacaq”larda qalaraq, bu şəkildə müqavimət göstərməyi qərarlaşıdırblar.

Lakin onu da nəzərə alaq ki, həmin bölgədə çoxlu sayda terrorçunun olması ehtimalı azdır. Əvvəla ərazi elə də böyük deyil. İkincisi, çoxlu sayda terrorçunun ərazidə olması, onların qısa müddətdə aşkarlanmasına səbəb ola bilər. Üçüncüsü, sayın çoxluğu onların ərzaq və silah təhcizatının uzun müddət sabit qalmasına imnak verməyəcək.

Ggüman etmək olar ki, Azərbaycanın hərbi rəhbərliyi bölgəni terrorçulardan tam təmizləmək üçün yenidən lokal əməliyyatlara start verə bilər. Çünki kiçik də olsa terrorçu qrupların qalması, bölgə üçün risklidir və təhlükəsizliyin təmin edilməsinə təhdid yaradır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.