Cəbrayıl şəhəri və ətraf kəndlərin azad olunmasından üç il keçir

4-10-2023, 07:58           
Cəbrayıl şəhəri və ətraf kəndlərin azad olunmasından üç il keçir

Oktyabrın 4-ü 44 günlük Vətən müharibəsində Azərbaycanın bir neçə ərazisini işğaldan azad etməsinin üçüncü ildönümüdür.

2020-ci ilin bu günü, Vətən müharibəsi davam edən dövrdə Ali Baş Komandan Prezident İlham Əliyev Cəbrayıl şəhərinin və Cəbrayıl rayonuna daxil olan doqquz kəndin işğaldan azad olunduğunu elan etmişdi.

Bu kəndlər Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Dəjəl və Karxulu kəndləridir.
Həmçinin, müharibənin səkkizinci günündə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru