Azər Tağıyevin MTN tərəfindən “yüklənməsi” “Facebook”da-SAHİB MƏMMƏDOVLA NAMİZƏD SƏFƏROV DUELƏ ÇIXDI

13-07-2016, 10:02           
Azər Tağıyevin MTN tərəfindən “yüklənməsi” “Facebook”da-SAHİB MƏMMƏDOVLA NAMİZƏD SƏFƏROV DUELƏ ÇIXDI
Gununsesi.info-nun “Eldar Mahmudov Azər Tağıyevi də “yükləyib”-700 min” başlıqlı xəbəri cəmiyyətdə böyük rezonans doğurub. Ölkənin tanınmış vəkilləri və ictimai xadimləri facebookda Azər Tağıyevin bu qədər pulu haradan əldə etməsinə dair müzakirələrə qoşulub. Saytımızın xəbərini öz səhifəsində paylaşan tanınmış hüquqşünas Ataxan Əbilovun yazdığı status qarşılıqlı ittihamlara səbəb olub.
Gununsesi.info Ataxan Əbiliovun facebook səhifəsindəki müzakirələrin bir hissəsini təqdim edir:

Ataxan Əbilov: Şəkildə gördüyünüz canlının adı Azər Tağıyevdir. O, Azərbaycan Respublikasının Vəkillər kollegiyasının sədridir. Az qala özünü tanıyandan bəri bu kresloda oturub. Hər ikimiz hüquqşünas olsaq da, bir-iki tədbirdə birgə iştirakımız istisna olmaqla mənim yolum heç bir vaxt bu adamla toqquşmayıb. Yəni onun mənə birbaşa heç bir pisliyi keçməyib. Amma onun Azərbaycan cəmiyyətinə vurduğu ziyan ölçülməz dərəcədədir. Onun sayəsində vətəndaş cəmiyyətin vacib institutlardan biri olan vəkillik institutu Azərbaycanda zəlil günə qoyulub. Onun hansı keyfiyyətlərə görə özünü tanıyandan Vəkillər Kolleqiyasına rəhbərlik etməsi də mənə məlum deyil. Amma bilirəm ki, bu kresloda əbədi olaraq oturmasının əsas səbəbi onun AR Ədliyyə naziri Fikrət Məmmədovla yerli olmasıdır. Yayılan məlumatlara görə, Azər Tağıyevdən bu gün artıq keçmiş olan MTN şefi Eldar Mahmudov nə az, nə çox düz 700 min manat (həmin vaxtın kursula bir milyon dollar) şantaj yolula rüşvət alıb. Hər şeyi bir kənara qoyaq. Bu məxluqda bu qədər pulun haradan olması barədə kimin nə versiyası var?

Namizəd Səfərov: Yox, inandırıcı deyil. Bu ölkədə heç kim ondan pul almağa cürət edə bilməz. Onun bir o qədər pulu da yoxdur. Vəkillər Kollegiyasını da yaman günə qoyan heç də o deyil. Siz onu bu qədər “bacarıqlı” hesab etməyin.VK-nı bu günə qoyanlar, elə səhiyyəni, təhsili, parlamenti, dövlət idarəçiliyini bu günə qoyanlardır.Tağıyev bu istiqamətdə yalnız alət ola bilər.

Sahib Məmmədov: Bu adamı ədliyyə naziri himayə eləmir. Baxmayaraq ki, qızı orda işləyir. Mənə vəkil vəsiqəmi verməyəndə elə fikirləşdilər ki, ədliyyə naziri buna zəng edib deyəcək. Mən axı ədliyyə naziri yanıda İctimai Komitənin üzvüyəm. Mən isə heç kimə demədim bu barədə. Məhkəmə hələ də qərarımı vermir. Amma bu adamın bir çəhəti adamı heyran qoyur. Heç kimi saymır…
Aslan İsmayılıv 2005-ci ildə Prezidentin qəbulundan çıxandan 15 dəqiqə sonra onu Vəkillər Kollegiyasına qəbul elədilər. Aslanın VK dan çıxarılmasına səs verənlərdən biri də hörmətli Namizəd Səfərov olmuşdu. Mən heç kimi deyəndə lap yuxarıları nəzərdə tutmuram.
Namizəd Səfərov: Sahib Mammadov! bəy, mən sənə savab verməyi özünüz də bilir və görürsünüz ki, sizin barənizdə nə isə deməyi heç vaxt özümə rəva bilmirəm.A.İsmayılovun VK-dan birinci dəfə çıxarılmasının tarixcəsini cəmiyyətə mən açıqlamışam.Sənin bu məsələni qeyd etməyinə ehtiyacın haradan doğduğunu da bilirəm.Ona görə də işinlə məşğul ol və qulluğunu göstər,xidmət göstərdiklərindən layiq olmadığın qrantlarını al, Allahına şükür et. Sənin kimlərə qulluq etdiyini bu ölkədə bilməyən yoxdur. Lakin hamı abrını qoruyur,sən də yaxşı olar qoruyasan və daha çox susasan. Onu da,qeyd edim ki, mənim də Kollegiyadan çıxarılmağıma baxmayaraq, A.Tağıyevin müsbət xüsusiyyətləri də var ki ,onlardan birincisi də sənin kimi hüququn nə olduğunu bilməyən birisini Vəkillər Kollegiyasına buraxmamasıdır. Sən nə vaxtdan hüquqşünas olmusan ki, indi də vəkil olmaq arzusuna düşmüsən ?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.