Qafqazın son - üçüncü irini deşilməkdədir.

7-10-2023, 10:17           
Qafqazın son -
Hayların torpaqlarımıza köçürülməyi ruslara ucuz başa gəlməyib. Bu yolda sərvət və qoşun xərcləyiblər.
Hayları köçməyə razı salmaq üçün ruslar əvvəlcə keşişlərini ələ alıb özlərinə işlədiblər. Hay keşişlər qapı/qapı gəzib “qalanlar cəhənnəm oduna yanacaq. Allahdan vəhy gəlib, haylar getməlidir” deyə soydaşlarını hədələyiblər. Cahil çoxunluq evlərini qorxudan, kimi də şirin vədlərə görə tərk edib. Bir sürüsü isə evlərini tərk etməmək üçün rusların qorxusundan dağlarda gizlənib.
“Türkmənçay Müqaviləsi”nə görə Qacar hökuməti rusların İranda apardığı bu fəaliyyətə müdaxilə edə bilməzdi. Köç işinin banisi Qriboyedov öz hay quldur dəstəsi ilə İranda at oynadırdı.
Bunu niyə xatırladıram? Eşitdim Rusiyada ermənilərə qarşı repressiya işartıları görünməkdədir. Bu, belə də olacaq. Rusun hesabına tarixdə ilk dəfə özünə dövlət quran hay tayfası rusdan aman gözləyə biıməz. Rus bildiyimiz rusdursa verdiyini artıqlaması ilə geri alacaq.
Necə ki almandan aldı. Onları da böyük pul qoyib öz maraqları üçün Qafqaza köçürmüşdü, imtiyazlar vermişdi, zəngin etmişdi. Cavad xanın, Gəncəbasar bəylərinin torpaqlarını müsadirə edib almanlara peşkəş etmişdi rus.
Almaniya ilə arası pozulan kimi casus adı qoyib üç dəfə repressiya etdi gətirdiyi almanları. Son repressiya (41-45) ilə boyük zəhmət və sərvət hesabına Qafqaza yerləşdirdiyi almanların axırına çıxdı Rusiya.
Rusiya ölkə boyu ermənilərə verdiyi 200 illik imtiyazı geri almaq sürəcini başlatmış görünür.
Qafqazın son - üçüncü irini deşilməkdədir.
Ortaya nə çirkablar töküləcək…
Mehriban Vəzir
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.