Dövlət Neft Fondu qazancı açıqladı:15 il ərzində neftdən 120 milyard dollar qazanmışıq

15-07-2016, 21:51           

Azərbaycan Respublikası Dövlət Neft Fondu 15 il ərzində “Azəri-Çıraq” yatağından əldə edilən gəliri açıqlayıb.

ARDNF 2001-ci ilin əvvəlindən bu il iyulun 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 119 milyard 314 milyon ABŞ dolları gəlir əldə edib.

ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu ilin birinci yarısında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 2 milyard 305 milyon dollar vəsait daxil olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru