İmtahanlardan keçmiş müəllimlər bu qədər maaş alacaq:Artur Rəsizadə məbləği təsdiqlədi

15-07-2016, 21:54           

Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğləri"ni təsdiq edib.

Baş nazir Artur Rəsizadə bununla bağlı müvafiq qərarı imzalayıb.

Qərara əsasən, "Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli"nin 18-ci dərəcəsinə uyğun olaraq 486 manat, direktor müavinlərinin aylıq vəzifə maaşı isə 435 manat müəyyən edilib.





Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi

Təhsili

Bir stavka dərs yükü 18 saat olmaqla,

aylıq vəzifə maaşı (manatla)

pedaqoji staj 3 ilə qədər olduqda



pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda

pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda

pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda

pedaqoji staj 18 ildən çox olduqda

Ali təhsilli

350

375

395

420

450

Orta ixtisas təhsilli

320

335

350

370

385



Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi

Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər

Aylıq

vəzifə

maaşı

(manatla)

Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı ən azı 5 ilə qədər

230

Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 5 ilə qədər

240

Orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək; orta hərbi təhsilli və ya ali təhsilli, pedaqoji stajı hər iki halda 5 ilə qədər

250

Ali təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən çox; orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən artıq; ali hərbi təhsilli, pedaqoji staja tələb qoyulmadan

265



Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarına əlavələr

Sinif rəhbər-liyinə görə (manatla)

Ümumtəhsil internat məktəblərində, lisey və gimnaziyalarda (o cümlədən, ümumi təhsil müəssisələri-nin lisey siniflərində) tədris edilən dərs saatına görə (faizlə)

Elmi dərəcəsi olan və ixtisası üzrə fənn tədris edənlərə; Azərbaycan Respublikası-nın fəxri adlarına layiq görülmüş şəxslərə; ümumi təhsil müəssisə-lərində istifadə edilən dərslik və ya müəllim üçün metodik vəsaitlərin müəlliflərinə (manatla)

Bədən tərbiyəsi üzrə şagirdlərlə sinifdənkənar işlərin aparılmasına görə*(manatla)

siniflərin sayı 10-dan 19-a qədər olduqda

sinif-lərin sayı 20-dən 29-a qədər olduq-da

sinif-lərin sayı 30 və daha çox olduq-da

40

15

45

55

110

165



Ümumi təhsil müəssisələrində bədən tərbiyəsi üzrə şagirdlərlə sinifdənkənar işlər iki və daha çox müəllim tərəfindən aparıldıqda, əlavənin məbləği iş həcmindən asılı olaraq onlar arasında bölünür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.