Ermənistan azərbaycanlıların Qərbi Zəngəzura qayıdışına şans tanıyacaq, o zaman Azərbaycan ermənilərin Qarabağa qayıdışına şans tanıyacaq.

5-11-2023, 10:04           
Ermənistan azərbaycanlıların Qərbi Zəngəzura qayıdışına şans tanıyacaq, o zaman Azərbaycan ermənilərin Qarabağa qayıdışına şans tanıyacaq.
Ermənistanda Qarabağ ermənilərinin Azərbaycana qayıtmasıyla bağlı iki yanaşma mövcuddur. Qarabağ ermənilərinin geri qaytarılmasının tərəfdarı olanlar var. Ancaq bunu səsləndirənlər geri qayıtmanın mexanizmi barədə fikir bildirmir, yenə də köhnə mahnını çalırlar, “qayıdan ermənilərə beynəlxalq təhlükəsizlik təminatı verilməli və muxtariyyətləri olmalıdır”. Bunlar hələ də xülya ilə yaşayırlar, “müstəqilliyin” də, “muxtariyyətin” də bitdiyini anlamaq istəmirlər. Qarabağa ermənilərin qayıdışının Ermənistan vətəndaşlığından imtina edib Azərbaycan vətəndaşlığını qəbul etməsinin üzərindən hiyləgərcəsinə keçirlər. Ermənistan hakimiyyəti isə Qarabağ ermənilərinin Azərbaycana qayıtmasında israrlı deyil. Rəsmi İrəvan bunu ona görə istəmir ki, ermənilərin Qarabağa qayıdışının əvəzində rəsmi Bakının azərbaycanlıların Qərbi Zəngəzura qayıtması üçün şəraitin yaradılmasını tələb edəcəyini bilir. Buna görə rəsmi İrəvan ermənilərin Qarabağa qaydışında maraqlı deyil.
Almaniyanın xarici işlər naziri Annelena Berbok azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirdiyi birgə mətbuat konfransında dedi ki, Ermənistanda səfərdə olarkən Qarabağdan köçən insanlarla görüşüb və onlar Qarabağa qayıtmaq istədiklərini deyiblər. Alman dipolmat cümləsini belə bitirib: “Hesab edirəm ki, Azərbaycan onlara şans tanımalıdır”. Nə zaman Ermənistan azərbaycanlıların Qərbi Zəngəzura qayıdışına şans tanıyacaq, o zaman Azərbaycan ermənilərin Qarabağa qayıdışına şans tanıyacaq. Şansı ermənilər qaçırdılar, “qalın yaşayın” deyildi onlara, istəmədilər.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.